İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi.

Bildirildi ki, bu irimiqyaslı "Yaşıl enerji" layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə "AzərEnerji" ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.

İlk mərhələdə "AzərEnerji" tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.

Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260-330 min ton azalacaq.

Ümumi sahəsi 6,5 hektar olan "Yeni Səngəçal" yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.

Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə "Cənub" və 385 MVt gücündə "Qobu" elektrik stansiyaları, həmçinin 500 kV-luq "Abşeron" yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir.

Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.

Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTOİlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTOİlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTOİlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTOİlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTOİlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTOİlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 562   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr