Arxivlərdə gizlənmiş Veneranın sirri üzə çıxdı

Arxivlərdə gizlənmiş Veneranın sirri üzə çıxdıAlimlər 16 il əvvəl arxivə göndərilmiş müşahidə məlumatlarını yenidən təhlil edərək Veneranın atmosferi ilə bağlı mühüm kəşfə imza atıblar. Araşdırma zamanı planetin yuxarı atmosferində nəhəng halqalar - sıxlıq dalğaları aşkar edilib.

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "The Planetary Science Journal" jurnalında dərc olunub.

Təsadüfi müşahidə mühüm nəticə verdi

2010-cu ildə Kanar adalarındakı La Palma adasında yerləşən 4,2 metrlik Uilyam Herşel Teleskopundan istifadə edən astronomlar əslində ulduzların ətrafındakı diskləri müşahidə edirdilər. Müşahidə üçün uyğun şəraiti gözləyərkən teleskop təxminən 36 dəqiqə ərzində Veneraya yönəldilib.

Həmin vaxt bu müşahidə əsas tədqiqatın bir hissəsi olmadığından əldə edilən məlumatlar arxivə yerləşdirilib və uzun illər ətraflı araşdırılmayıb.

Yalnız 16 il sonra alimlər bu məlumatları yenidən təhlil edərək gözlənilməz nəticələr əldə ediblər. Tədqiqatın aparıcı müəllifi Niderlandın Delft Texniki Universitetinin alimi Qurav Mahapatradır.

Atmosferdə nəhəng halqalar aşkarlandı

Araşdırma göstərib ki, Venera adi işıq axını ilə müşahidə edilərkən atmosfer vahid görünür. Lakin qütbləşmiş işıq analiz edildikdə planetin atmosferində bütün səthi əhatə edən nəhəng halqalar üzə çıxır.

Müşahidələr Uilyam Herşel Teleskopunda quraşdırılmış ExPo adlı xüsusi cihaz vasitəsilə aparılıb. Müşahidələrin məkan ayırdetmə qabiliyyəti təxminən 775 kilometr olub.

Kompüter modelləri sirri açdı

Halqaların mənşəyini müəyyən etmək üçün tədqiqatçılar kompüter simulyasiyalarından istifadə ediblər. Modellər atmosferin buludlardan yuxarı hissəsində işığın necə səpələndiyini təhlil edib.

Nəticələr göstərib ki, qazın sıxlığında cəmi 5-10 faiz dəyişiklik müşahidə olunan halqaların yaranmasına səbəb ola bilər. Simulyasiyalar həmçinin təsdiqləyib ki, bu cür dəyişikliklər adi işıq müşahidələri zamanı görünmür.

Atmosfer dalğaları ola bilər

Alimlər hesab edirlər ki, aşkar olunan strukturlar atmosferdə yaranan nəhəng dalğalardır. Onların ehtimalına görə, bunlar qravitasiya dalğaları ilə əlaqəli ola bilər və qaz qatlarında su səthində yaranan dalğalara bənzər naxışlar formalaşdırır.

Bununla belə, tədqiqatçılar ehtiyatlı mövqe tuturlar. Onlar bildirirlər ki, atmosfer dalğaları barədə nəticə birbaşa müşahidələrə deyil, kompüter modelləşdirməsinə əsaslanır.

Yeni müşahidələrə ehtiyac var

Araşdırmada istifadə olunan ExPo cihazı artıq fəaliyyət göstərmir. Buna görə də həmin müşahidələri eyni avadanlıqla təkrar etmək mümkün deyil və 16 il əvvəl toplanmış məlumatlar bu fenomeni əks etdirən yeganə material olaraq qalır.

Alimlər bildirirlər ki, Venerada tamamilə yeni bir hadisənin kəşf edildiyini qəti şəkildə söyləmək hələ tezdir. Onlar bu nəticələrin təsdiqlənməsi üçün digər teleskoplar və polarimetrik müşahidə cihazları ilə əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1722   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr