3 milyon əhalisi ola bilərdi: Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

3 milyon əhalisi ola bilərdi: Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldıAmazoniyanın sıx tropik meşələrində lazer skanı vasitəsilə aparılan araşdırmalar nəticəsində təxminən 1 500 il əvvəl mövcud olmuş Akviri sivilizasiyasına aid yüzlərlə iri tikili aşkarlanıb.

Qaynarinfo-nun "New Scientist" nəşrinə istinadən məlumatına görə, yeni nəticələr göstərir ki, bu gün toxunulmamış vəhşi təbiət hesab edilən ərazilərdə vaxtilə milyonlarla insan yaşamış ola bilər.

Akviri sivilizasiyası təxminən e.ə. 600-cü ildən eramızın 850-ci ilinə qədər mövcud olub. Bu mədəniyyət müxtəlif tanrıları simvolizə etdiyi ehtimal olunan nəhəng həndəsi torpaq qurğuları yaradıb. Onların inşasında metal alətlərdən və qoşqu heyvanlarından istifadə edilməyib. Geoqliflərin bir çoxu qədim yollar vasitəsilə bir-biri ilə əlaqələndirilib.

Alimlər bitki örtüyü altında qalan relyefi üçölçülü şəkildə xəritələşdirə bilən lidar texnologiyası (lazer skan sistemi) sayəsində bu sivilizasiyanın miqyasını qiymətləndirə biliblər.

2024-cü ildə Helsinki Universitetinin alimi Martti Pyarssinen və həmkarları Braziliyanın Akri və Amazonas ştatlarında təxminən 4 500 kvadratkilometr ərazini tədqiq ediblər. Nəticədə 432 geoqlif aşkar olunub, onlardan təxminən 400-ü elmə əvvəllər məlum olmayıb.

Tədqiqatın nəticələrinə əsasən, Akviri sivilizasiyasının yaşadığı 183 min kvadratkilometrlik ərazidə 30 minədək belə qurğunun mövcud ola biləcəyi ehtimal edilir.

Geoqliflərin orta sahəsi təxminən 3 hektar olsa da, bəzilərinin sahəsi 50 hektara çatır. Onları əhatə edən xəndəklər isə adətən 12 metr enində və 5 metrədək dərinlikdə olur.

"Bu tikililərin miqyası və dəqiqliyi həqiqətən heyrətamizdir", deyə Martti Pyarssinen bildirib.

Tədqiqatçıların hesablamalarına görə, sivilizasiyanın ən qüdrətli dövründə - təxminən eramızın 100-300-cü illəri arasında - əhalinin sayı 1,25 milyondan 3 milyona qədər ola bilərdi. Martti Pyarssinen hesab edir ki, yuxarı hədd daha real görünür.

"Amazoniyanın toxunulmamış vəhşi təbiət olması barədə təsəvvür böyük ölçüdə mifdir. Əslində qədim insan cəmiyyətləri müasir tropik meşələrin formalaşmasında mühüm rol oynayıb", deyə alim vurğulayıb.

Son 20 ildə Martti Pyarssinen və komandası Amazoniya ilə Boliviyada 40-dan çox mərasim və yaşayış məntəqəsini araşdırıb. Onlar müəyyən ediblər ki, geoqliflər toplantılar, siyasi qərarların qəbulu, dini ayinlər, ziyafətlər və digər ictimai tədbirlər üçün istifadə olunub.

Alimin sözlərinə görə, Akviri sivilizasiyası Amazon meşələrinin formalaşmasına da ciddi təsir göstərib. Yerli əhali qarğıdalı, balqabaq və maniok yetişdirmək, geoqliflər və yollar salmaq üçün əraziləri təmizləyib, həmçinin Braziliya qozu və şaftalı palması kimi ağacları becərib. Bununla belə, sivilizasiyanın hansı səbəbdən yoxa çıxması hələ də məlum deyil.

Florida Universitetinin alimi Maykl Hekenberqer əhali sayına dair qiymətləndirmələri "inandırıcı və son dərəcə əhəmiyyətli" adlandırıb. Onun fikrincə, bu rəqəmləri təsdiqləmək üçün aşkar edilmiş torpaq qurğularının ətrafında daha çox yaşayış məskəni tapılmalıdır.

Manausdakı Amazon Tədqiqatları Milli İnstitutunun alimi Çarlz Klement (Charles Clement) isə bildirib ki, yeni araşdırma Amazon meşələrində genişmiqyaslı bir mədəniyyətin mövcudluğunu nümayiş etdirir. O əlavə edib ki, yeni aşkarlanan geoqliflərin hamısı hələ yerində yoxlanılmasa da, əvvəlki lidar tədqiqatları yüksək dəqiqlik nümayiş etdirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1283   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr