ABŞ İrana zərbələri dayandırdı, Tehran isə danışıqları təkzib etdi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hərbi əməliyyatların hələlik dayandırıldığını açıqlayıb. O bildirib ki, qərar diplomatik həll üçün imkan yaratmaq məqsədi daşıyır və Vaşinqtonla Tehran arasında yaxın vaxtlarda danışıqların başlanacağına ümid edir.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, lakin İran bu açıqlamaları təkzib edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi hazırda ABŞ ilə heç bir birbaşa və ya planlaşdırılmış danışığın olmadığını bildirib. Onun sözlərinə görə, yalnız Oman vasitəsilə Hörmüz boğazı ilə bağlı məsləhətləşmələr aparılır.
Bununla yanaşı, ABŞ və İran arasında gərginlik tam aradan qalxmayıb. Hörmüz boğazında təhlükəsizlik vəziyyəti və mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqlar davam edir. Analitiklər hesab edirlər ki, tərəflərin ziddiyyətli açıqlamaları bölgədə qeyri-müəyyənliyi artırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 361 Tarix: 03 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr