"İkinci Yer"in izləri tapıldı
Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir.
"Qafqazinfo" xəbər verir ki, "Super Yer" kateqoriyasına aid edilən LHS 1140b-nin kütləsi Yerdən təxminən 5 dəfə çoxdur.
Planet öz ulduzunun yaşayış zonasında yerləşir. Bu isə temperaturun maye suyun mövcud olmasına imkan verə biləcəyi bölgə deməkdir.
"Science" jurnalında dərc olunan araşdırmanın müəllifi, planetşünas Kollin Kerubim bildirib ki, planetin kütləsi və ölçüləri onun qayalı quruluşa malik olduğunu göstərir. Alimlərin ehtimalına görə, LHS 1140b-də dəmir nüvə, silikat mantiya, həmçinin su və atmosferdən ibarət aşağı sıxlıqlı qat ola bilər.
Astronomlar indiyədək 6200-dən çox ekzoplanet kəşf ediblər. Lakin başqa bir ulduz sistemində yerləşən qayalı planetdə atmosferin təsdiqlənməsi olduqca çətin məsələ hesab olunur.
Alimlərin fikrincə, əgər müşahidələr təsdiqlənərsə, LHS 1140b başqa ulduzun yaşayış zonasında yerləşən qayalı planetdə atmosferi aşkar edilən ilk nümunələrdən biri olacaq.
Tədqiqatçılar bu planetin qayalı səthə, uyğun temperatur şəraitinə və atmosferə sahib ola bilməsinin onu Günəş sistemindən kənarda həyat axtarışı üçün mühüm hədəfə çevirdiyini bildirirlər.
Alimlər planetin atmosferini araşdırmaq üçün Çilidə yerləşən Las Kampanas Rəsədxanasının "Magellan Clay" teleskopundan istifadə ediblər. 2024-cü ilin sentyabrında aparılan müşahidələr zamanı LHS 1140b-dən helium qazının sızması qeydə alınıb.
Tədqiqatçılar hesab edirlər ki, planet keçmişdə hidrogen itirib, lakin heliumunu qoruyub saxlaya bilib. Bununla yanaşı, atmosferdə oksigen kimi digər qazların da mövcud ola biləcəyi ehtimal edilir.
LHS 1140b kainatda ən çox rast gəlinən ulduz növlərindən biri olan qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Bu tip ulduzların ətrafındakı planetləri müşahidə etmək daha asan olsa da, güclü rentgen və ultrabənövşəyi şüalanma onların atmosferlərini məhv edə bilər.
Alimlər üçün əsas suallardan biri də məhz budur: qırmızı cırtdanların ətrafında yerləşən qayalı planetlər uzun müddət atmosferlərini qoruya bilirlərmi? LHS 1140b ilə bağlı nəticələr bu suala müsbət cavab ehtimalını artırır.
Tədqiqatçılar 2025-ci ildə aparılan əlavə müşahidələr zamanı helium izini yenidən aşkar etməyiblər. Bunun atmosferdəki qaz axınının dəyişkənliyi ilə bağlı ola biləcəyi düşünülür.
Alimlər yaxın aylarda "James Webb" kosmik teleskopu və "Hubble" kosmik teleskopu daxil olmaqla, bir neçə rəsədxananın köməyi ilə LHS 1140b-ni daha ətraflı araşdırmağı planlaşdırırlar.
Florida Universitetindən astrofizik Ceyson Dittmann qayalı planetdə atmosfer aşkarlanmasının uzun illər gözlənilən mühüm elmi nailiyyət olacağını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Vəkil Orxan Kəngərli həbs edildi
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA