Danimarka Şahzadəsi 11 ay hərbi xidmət keçəcək
Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb.
Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək.
Nəşr əlavə edib ki, şahzadə xidmət müddətində nəzərdə tutulan 8,3 min kron (təxminən 2.000 manat) yaşayış müavinətindən və 9 min kron (təxminən 2.200 manat) məbləğində əməkhaqqından imtina edib. İzabella ilk 5 ayda təməl hərbi hazırlıq keçəcək, növbəti 6 ayda isə döyüş və praktiki təlimlərə qatılacaq.
Xəbərdə qeyd olunub ki, daha əvvəl onun böyük qardaşı, vəliəhd şahzadə Kristian da məhz həmin alayda xidmət edib.
Qeyd edək ki, Danimarkada hərbi xidmət müddətinin uzadılması haqqında qərar ölkə parlamenti tərəfindən 2024-cü ildə qəbul edilib və 2026-cı ildən qüvvəyə minib. Əvvəllər bu müddət cəmi 4 ay olsa da, hazırda 11 aydır. Ümumilikdə isə bu il 1,6 min nəfər xidmətə cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 816 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr