Hüseyn Həsənov qiyabi olaraq dörd il həbs cəzasına məhkum edildi
Moskvanın Presnenski Rayon Məhkəməsi Azərbaycan əsilli bloger Hüseyn Həsənovu çirkli pulların leqallaşdırılması işi üzrə qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, blogerə məxsus Presnenski rayonunda yerləşən və dəyəri 46 milyon rubl olan qeyri-yaşayış sahəsi dövlətin xeyrinə müsadirə ediləcək.
İstintaq materiallarına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə dövlət büdcəsinə 175 milyon rubl məbləğində vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlak alınması yolu ilə leqallaşdırılıb.
Eyni zamanda qeyd olunur ki, bloger sonradan Federal Vergi Xidməti qarşısındakı borcunu tam ödəyib. Bu səbəbdən ona qarşı vergidən yayınma ittihamına xitam verilib.
Məlumata görə, Hüseyn Həsənov hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Bloger özü çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov vergi borcunu çoxdan bağlayıb və ümumilikdə dövlət büdcəsinə təxminən 300 milyon rubl ödəyib.
Qeyd edək ki, dövlət ittihamçısı Hüseyn Həsənova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 569 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr