Avropada pensiya yaşı artırılacaq: Hansı ölkələrdə insanlar daha çox işləyəcək?

Avropada pensiya yaşı artırılacaq: Hansı ölkələrdə insanlar daha çox işləyəcək?Avropa İttifaqı ölkələrində 2060-cı illərin sonunadək pensiya yaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.

Qaynarinfo "Euronews"a istinadən xəbər verir ki, kişilər üçün orta pensiya yaşı 64,7-dən 66,7 yaşa, qadınlar üçün isə 64-dən 66,6 yaşa yüksələcək.

Gözlənilir ki, Avropa ölkələrinin təxminən üçdə ikisi kişilər, dörddə üçü isə qadınlar üçün pensiya yaşını artıracaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmasına əsasən, Avropa İttifaqında orta pensiya yaşı kişilər üçün təxminən iki il, qadınlar üçün isə 2,6 il artacaq. Müqayisə 2024-cü ildə pensiyaya çıxan şəxslərlə həmin il 22 yaşında əmək fəaliyyətinə başlayan və fasiləsiz işləyəcəyi nəzərdə tutulan şəxslər arasında aparılıb. İkinci qrupun 2060-cı illərin sonlarında pensiyaya çıxacağı proqnozlaşdırılır.

Araşdırmada qeyd olunur ki, pensiya yaşının artırılması pensiya sistemlərinin maliyyə dayanıqlığını qorumaq üçün geniş tətbiq olunan strategiyadır. Alternativ variantlar kimi pensiya sığorta haqlarının artırılması və ya pensiya ödənişlərinin azaldılması göstərilir.

Kişilər üçün pensiya yaşı

2024-cü ilin məlumatına görə, kişilər üçün ən yüksək pensiya yaşı 67-dir. Bu göstərici Danimarka, Norveç, İslandiya və Niderlandda tətbiq olunur. Avropa İttifaqında orta göstərici isə 64,7 yaşdır.

Araşdırmada istisna kimi göstərilən Türkiyədə kişilər hazırda 52 yaşında pensiyaya çıxa bilirlər. Növbəti ən aşağı göstərici - 62 yaş - Yunanıstan, Sloveniya və Lüksemburqda qeydə alınıb.

Avropanın beş ən böyük iqtisadiyyatı arasında kişilər üçün ən yüksək pensiya yaşı Almaniyadadır (66,2 yaş), ən aşağı göstərici isə Fransadadır (64,3 yaş).

Proqnozlara görə, 2024-cü ildə 22 yaşında işə başlayan kişilər orta hesabla 2069-cu ildə, 66,7 yaşında pensiyaya çıxacaqlar.

Ən yüksək pensiya yaşı Danimarkada olacaq və 74 yaşa çatacaq. Estoniyada bu göstərici 71 yaş, İtaliya, Niderland, İsveç və Kiprdə isə 70 yaş olacaq.

Ən aşağı pensiya yaşı isə Sloveniya və Lüksemburqda dəyişməyərək 62 yaş səviyyəsində qalacaq.

Avropanın ən böyük iqtisadiyyatları arasında gələcəkdə kişilər üçün ən yüksək pensiya yaşı İtaliyada olacaq - 70 yaş. Böyük Britaniyada bu göstərici 68, Almaniyada 67, Fransa və İspaniyada isə 65 yaş olacaq.

Ən böyük artım Türkiyədə gözlənilir. Burada kişilər üçün pensiya yaşının 52-dən 65 yaşa yüksələcəyi proqnozlaşdırılır. Danimarkada artım yeddi il təşkil edəcək. Estoniya, İtaliya, Slovakiya və Kiprdə isə pensiya yaşı ən azı beş il artırılacaq.

Qadınlar üçün pensiya yaşı

Hazırda Avropa İttifaqında qadınlar üçün orta pensiya yaşı 64-dür. Ən yüksək göstərici - 67 yaş - Danimarka, Niderland, İslandiya və Norveçdə tətbiq olunur.

Ən aşağı pensiya yaşı Türkiyədədir və hazırda 49 yaş təşkil edir. Sonrakı ən aşağı göstərici Polşadadır. Bu ölkədə qadınlar 60 yaşında pensiyaya çıxırlar.

Proqnozlara əsasən, 2024-cü ildə 22 yaşında işləməyə başlayan qadınlar orta hesabla 66,6 yaşında pensiyaya çıxacaqlar. Bu, 2024-cü ildə pensiyaya çıxan qadınlarla müqayisədə 2,6 il daha gecdir.

Qadınlar üçün də ən yüksək pensiya yaşı Danimarkada olacaq və 74 yaşa çatacaq. Estoniyada bu göstəricinin 71, İtaliyada 70, Niderland, İsveç və Kiprdə isə 70 yaş olacağı gözlənilir.

Avropa İttifaqında ən aşağı pensiya yaşı Polşada dəyişməyəcək və 60 yaş təşkil edəcək.

Ən böyük iqtisadiyyatlar arasında qadınlar üçün ən yüksək pensiya yaşı da İtaliyada olacaq - 70 yaş. Böyük Britaniyada bu göstərici 68, Almaniyada 67, Fransa və İspaniyada isə 65 yaş olacaq.

Hazırda qadınlar üçün ən aşağı pensiya yaşına malik Türkiyədə bu göstəricinin 49 yaşdan 63 yaşa yüksəlməsi gözlənilir ki, bu da 14 illik artım deməkdir.

"OECD" ekspertləri xəbərdarlıq edirlər ki, qarşıdakı 25 ildə təşkilata üzv ölkələrdə əhali sürətlə qocalacaq. Proqnozlara görə, 2025-ci ildə hər 100 əmək qabiliyyətli (20-64 yaş) şəxsə 33 nəfər 65 yaş və yuxarı yaşda olan insan düşəcəyi halda, 2050-ci ildə bu göstərici 52 nəfərə yüksələcək. Müqayisə üçün, 2000-ci ildə bu nisbət cəmi 22 nəfər idi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 900   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr