İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri
Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqatın nəticələrinə görə, bu sirli xətlərdən biri 50 min ildən çox əvvəl Afrikada, digəri isə təxminən 1,7-1,8 milyon il əvvəl Avrasiyada mövcud olub.
Kaliforniya Universitetinin doktorantı Yulin Canq və həmkarları bildiriblər ki, neandertal və denisovalı genomlarının ardıcıllığının müəyyənləşdirilməsi insan təkamülü haqqında təsəvvürləri kökündən dəyişdirib və müasir insanların qədim hominidlərlə genetik mübadilə apardığını göstərib.
Alimlərin sözlərinə görə, Afrikadan kənarda yaşayan müasir insanların əksəriyyətinin genomunun 1-2 faizi neandertallardan, Asiya və Okeaniya əhalisinin isə 0,1-5 faizi denisovalılardan miras qalıb. Bu qədim genetik irs dəri piqmentasiyası, yüksək dağ şəraitinə uyğunlaşma və immun sisteminin fəaliyyəti kimi xüsusiyyətlərə təsir göstərib.
Tədqiqatçılar qədim genetik qarışmaları aşkar etmək üçün "TRACE" adlı yeni hesablama metodu hazırlayıblar. Bu üsul fosillərdən əldə edilən DNT-yə deyil, yüzlərlə müasir insanın genomundakı gizli genealoji əlaqələrin bərpasına əsaslanır. Bunun sayəsində alimlər mənşəyi gözləniləndən daha qədim dövrlərə gedib çıxan DNT fraqmentlərini müəyyən edə biliblər.
"TRACE" metodunun tətbiqi nəticəsində müəyyən edilib ki, təxminən 800 min il əvvəl insan təkamül ağacından ayrılmış sirli bir xətt 50 min ildən çox əvvəl Afrikada anatomik cəhətdən müasir "Homo sapiens" ilə qarışıb. Bu hadisə insanların Avropa və Asiyaya böyük miqrasiyasından əvvəl baş verib.
Yulin Canq bildirib ki, komandası müasir insanların genomunda həmin "kölgə nəsli"nə məxsus DNT sahələrini müəyyənləşdirə və xəritələşdirə bilib. Araşdırma göstərib ki, bu genetik irs təkcə afrikalılarda deyil, bütün müasir insanlarda mövcuddur.
İkinci "kölgə nəsli"
Alimlərin fikrincə, ikinci sirli nəsil daha qədimdir və onun tarixi təxminən 1,8 milyon il əvvələ gedib çıxır. Ehtimal olunur ki, bu populyasiya müasir insanlarla birbaşa qarışmayıb, əvəzində Avrasiyada denisovalılarla genetik mübadilə aparıb.
Sonradan denisovalılar "Homo sapiens" ilə qarışdıqda həmin qədim DNT-nin bir hissəsi də müasir insanların genomuna keçib. Bu izlər xüsusilə denisovalı mənşəyi yüksək olan Okeaniya əhalisində daha aydın müşahidə olunur.
Tədqiqat müəllifləri hesab edirlər ki, yeni müəyyən edilən bu iki sirli nəsil birlikdə müasir insan genomunun təxminən 2 faizini təşkil edir. Onların sözlərinə görə, hər bir insanın genomunun təxminən 0,5-1 faizi bu "kölgə nəsli"ndən miras qalıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 626 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı
17 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021