1 milyon avroluq lotereya biletini səhvən zibilə atdı
İtaliyada böyük şans qazanan, lakin səhv anlaşılma səbəbindən zibilə atılan 1 milyon avro dəyərində lotereya bileti iki günlük axtarışdan sonra tapılıb.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə ölkənin cənubundakı Apuliya bölgəsinin Bari şəhəri yaxınlığındakı Bitonto qəsəbəsində baş verib.
Qalib olduğu bilinən qadın lotereya terminalında biletini yoxlayarkən ekranda "ödənilə bilməz" bildirişi ilə qarşılaşıb və biletin uduşlu olmadığını düşünərək onu yerli köşkdə atıb.
Lakin daha sonra yaxınlarından biri biletdəki rəqəmlərin qalib kombinasiyaya uyğun olduğunu xatırladıb. Ailə dərhal köşkə qayıtsa da, bilet artıq zibil maşını ilə aparılmışdı.
Biletin tapılması üçün tullantıların idarə olunmasına cavabdeh olan "Sanb" şirkətinin əməkdaşları işə cəlb olunub. Şirkətin direktoru Roberto Nikola Toskano bildirib ki, düzgün zibil maşını müəyyən edilərək, konteyner sıxışdırılmadan əvvəl dayandırılıb.
Altı tonluq zibil yığını arasında aparılan uzun axtarış nəticəsində bilet səhər saat 05:30 radələrində tapılıb.
Toskano bildirib ki, bilet cırılmış bir torbanın içində olub, lakin digər tullantılardan fərqli olaraq tamamilə salamat qalıb.
"Bileti əlimə alanda onun uğur gətirəcəyinə ümid etdim", - deyə o bildirib.
Tullantı işçiləri axtarışdan sonra qəhvə fasiləsi zamanı təsadüfi şəkildə aldıqları başqa bir lotereya biletindən də 50 avro uduş əldə ediblər.
"Sanb" şirkətinin rəhbəri əlavə edib ki, axtarış əməliyyatının bütün xərcləri qalib tərəfindən qarşılanacaq. Qalib həmçinin əməliyyatdan əvvəl mümkün xərcləri ödəməyi öhdəsinə götürüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 568 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrFransa Rusiya nefti daşıyan tankeri saxladı - Makron açıqlama yaydı
Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında Rusiya neftinin daşınmasında iştirak edən və "kölgə donanması"na daxil olan növbəti tankeri saxlayıb. Fransa Prezidenti Emmanuel Makronun verdiyi məlumata görө, oktyabrın 13-ü səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində "DF Peak"
13 oktyabrEl-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12 oktyabrİran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb
İranın cənub sahillərində balıqçı gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə nəticəsində 3 nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Reuters" Hörmüzqan əyalətinin qubernator administrasiyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, insident Sirik dairəsindəki Bondaran kəndindən təxminə
14 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabrMarsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabr