Paşinyan: "Ermənistanda yeni nüvə enerji blokunun tikilməsi təhlükəsizliyimiz üçün vacibdir"
Ermənistanın baş naziri Nikol Paşinyan Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında mövcud Ermənistan Atom Elektrik Stansiyasının (AMES) istismar müddəti bitdikdən sonra ölkədə onu əvəz edəcək yeni nüvə enerji blokunun tikilməsinin zəruriliyini ifadə edib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verib.
"Olduqca aktual və vacibdir ki, mövcud olan istismardan çıxarıldıqdan sonra Ermənistanda onu əvəz etmək üçün yeni nüvə enerji bloku peyda olsun. Bu yeganə yoldur ki, gələcəkdə ölkəmizin təhlükəsizliyini təmin etməyə imkan verəcək", - deyə Paşinyan bildirib.
O, həmçinin Ermənistan AES-in 2-ci enerji blokunun istismar müddətinin uzadılması üzrə işlərin gedişatı barədə də məlumat verib. Onun ilkin layihə istismar müddəti 2016-cı ildə başa çatıb və bundan sonra hökumətin qərarına əsasən, 10 il uzadılıb.
"Bu istiqamətdə əvvəlcədən planlaşdırılmış siyahıya uyğun olaraq bir sıra texniki tədbirlər həyata keçirilib və bunlar tam şəkildə icra olunub", - deyə baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, nüvə elektrik stansiyalarının istismar müddətinin uzadılmasında beynəlxalq təcrübəni nəzərə alaraq Ermənistan hökuməti 2-ci blokun istismar müddətini ikinci dəfə - 2026-cı ildən 2036-cı ilə qədər uzatmaq qərarına gəlib. Bunun üçün bir sıra əlavə texniki tədbirlər nəzərdə tutulub.
"2023-cü il tarixli 395 və 1597 saylı hökumət qərarlarına əsasən, bu işlər üçün Ermənistanın dövlət büdcəsindən 160 milyon dollar ayrılıb. Təxminən 60% artıq tamamlanıb, qalan işlər reallaşdırılma prosesindədir", - deyə Paşinyan əlavə edib.
O vurğulayıb ki, Ermənistan Atom Elektrik Stansiyası ölkənin fasiləsiz enerji təchizatı ilə təmin edilməsində və bununla da təhlükəsizliyinin gücləndirilməsində xüsusi rol oynayır.
Paşinyan həmçinin nüvə enerjisi sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq tərəfdaşları uzun müddət ərzində nüvə elektrik stansiyasının təhlükəsizliyinin artırılması işlərində ölkəni dəstəkləyir və hökumət göstərilən dəstəyi yüksək qiymətləndirir.
Yeni enerji blokunun tikintisi perspektivlərindən danışan Paşinyan ümid etdiyini bildirib ki, artıq 2027-ci ildə hakimiyyət layihənin həyata keçirilməsi üzrə növbəti addımlarla bağlı aydınlıq əldə edə biləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











42 yaşlı rəis qəfil vəfat etdi
Süni intellektlə hazırlanan saxta videoların qurbanları psixoloji travmadan necə xilas ola bilər? - PSİXOLOQDAN AÇIQLAMA
Həyatını itirən gəlinin anası danışdı: "Onlardan şikayətçiyəm" - VİDEO
ABŞ ordusu RAF bazasındakı dronları dəf etdi, FT xəbər verir
"Sədərək" və "Binə" bağlanır?
Bayramda neçə gün evdə olacağıq? - TARİXLƏR
Vanqanın 2027-ci il proqnozları üzə çıxdı -3 qorxulu iddia
İslam Rzayevlə bağlı qərar verildi
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirdi
Bu tarixdə ətin qiyməti BAHALAŞACAQ - QİYMƏT
Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub
Vilyam Hacıyevin azadlıqda ilk fotosu
AFP: "Yaponiya və Çin arasında mübahisəli adalarla bağlı gərginlik yenidən artıb"
Reuters: Naməlum dron Latviyanın hava məkanına daxil olub - NATO qırıcıları havaya qaldırılıb
Fransanın AFP xəbər agentliyi kiberhücuma məruz qalıb - platforması fəaliyyətini dayandırıb