Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
İclasa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri müşahidəçi qismində qatılıblar.
Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə qərarı elan olunub.
Məhkəmə qərarında bildirilib ki, Arutyunyan Arayik Vladimiri, Saakyan Bako Saaki, Babayan Davit Klimin, Mnatsakanyan Levon Henrixi, Qukasyan Arkadi Arşaviri, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Qazaryan Erik Roberti, Beqlaryan Vasili İvani, Balayan Levon Romiki, Allahverdiyan Davit Nelsoni və Stepanyan Qurqen Homerosinin barələrində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
11:17
Bu gün Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilir.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışı iyulun 31-də başa çatıb. Həmin gün məhkəmə kollegiyası qərar qəbul etmək üçün müşavirəyə gedib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Vəkil Orxan Kəngərli həbs edildi
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"