"Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var" - DEPUTAT

"Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var" - DEPUTATAzərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya və Ukrayna istiqamətindəki diplomatik fəaliyyəti Azərbaycanın balanslaşdırılmış xarici siyasəti baxımından diqqət çəkir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var:

"Ceyhun Bayramovun Rusiyaya etdiyi rəsmi səfəri zamanı çox mühüm görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat və humanitar sahələri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əsas istiqamətlər isə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin inkişafı, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və regional əməkdaşlıq, humanitar əlaqələr, qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri idi.

Ukrayna ilə münasibətlərdə isə enerji, humanitar yardım, iqtisadi əməkdaşlıq və siyasi dialoq ön plandadır.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə gedib.

Ceyhun Bayramov səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və digər rəsmi şəxslərlə görüşlər keçirib. Azərbaycan-Ukrayna arasında arasında qarşılıqlı mal və xidmət ticarətinin genişləndirilməsi iqtisadi əlaqələrin əsas istiqamətlərindəndir. Həmçinin, Azərbaycanın enerji şirkətləri, xüsusilə SOCAR vasitəsilə Ukrayna ilə enerji sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunur. Eləcə də, Orta Dəhliz Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən biridir. Bu marşrut Avropa ilə Asiya arasında yükdaşımaların sürətləndirilməsi və regional bağlantıların gücləndirilməsi üçün əhəmiyyət daşıyır".

Deputat qeyd edib ki, Azərbaycanın Ukraynanın yenidən qurulması prosesində iştirakı üçün imkanlar mövcuddur. Bu sahədə tikinti, infrastruktur və şəhərsalma layihələri perspektivli istiqamətlərdir:

"Tərəflər sənaye sahəsində birgə layihələrin və biznes əlaqələrinin genişləndirilməsində maraqlıdırlar. Qarşılıqlı investisiyaların artırılması və Azərbaycan-Ukrayna şirkətləri arasında yeni biznes layihələrinin yaradılması iqtisadi əməkdaşlığın gələcək istiqamətlərindəndir.

Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransınsda bildirib ki, Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Hazırda Azərbaycan dünyanın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 12 Avropa ölkəsinə qaz tədarük edir. Ukraynaya da təbii qaz satışı 2025-ci ildə praktik mərhələyə keçib.Bilirsiniz ki, ötən ilin iyulun 28-də Ukraynanın dövlət enerji şirkəti Naftogaz ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı SOCAR Energy Ukraine ilə müqavilə imzalayıb. İlk tədarük sınaq həcmi şəklində həyata keçirilib və qaz Trans-Balkan marşrutu ilə - Bolqarıstan, Rumıniya və Ukrayna istiqamətində - çatdırılıb. Ukrayna tərəfi bu tədarükü enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji addım kimi qiymətləndirib.

Hər iki ölkəyə edilən səfərlərin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə diplomatik əlaqələrini qoruyur. Bakı bir tərəfdən Rusiya ilə iqtisadi, nəqliyyat və siyasi əməkdaşlığı inkişaf etdirir, digər tərəfdən Ukraynanın ərazi bütövlüyünə dəstək və humanitar əməkdaşlıq xəttini davam etdirir. Ceyhun Bayramovun Rusiya və Ukrayna istiqamətində diplomatik təmasları Azərbaycanın milli maraqlara əsaslanan, müxtəlif tərəflərlə dialoqu qoruyan və regional sabitliyə yönəlmiş xarici siyasətinin göstəricilərindən biridir".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasında, avqustun 6-da isə Ukraynada rəsmi səfərdə olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 644   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr