Azərbaycanda süni intellekt üçün ayrıca qanun qəbul edilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətlə inkişafı həyatın demək olar ki, bütün sahələrinə təsir göstərməyə başlayıb. Təhsil, səhiyyə, media, maliyyə və dövlət xidmətlərində bu texnologiyalardan istifadə genişləndikcə, onların hüquqi çərçivədə tənzimlənməsi məsələsi də daha çox müzakirə olunur.
Bir çox ölkələr artıq süni intellektlə bağlı qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atır. Bəs Azərbaycanda da süni intellektin istifadəsini tənzimləyən xüsusi qanunvericiliyə ehtiyac varmı?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, İstənilən texnoloji inkişaf cəmiyyətdə həm mənfi, həm də müsbət dəyişikliklərə səbəb olur. İnfomasiyanın daha çevik əldə olunması, analitik məlumatların, lazımlı kontelntlərin hazırlanması və s. süni intellektdən istifadənin müsbət tərəfi olsa da, bu yolla insanların hüququnun pozulmasına, yeni növ hüquqazidd əməllərin baş verməsinə də sıx rast gəlinir. Xüsusilə də foto, video, səsdən istifadə edərək dezinformativ və saxta kontentlərin hazırlanması, bu yolla şəxslərin nüfuzunun, şərəf ləyaqətinin aşağı salınması, dələduzluq, kibertəhlükəsizliyə təhdid yaradan hüquqazidd hallar baş verə bilər.
Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə zərurət yaranır və cəmiyyətdəki münasibətlərin hüquqi tənzimlənməsi üçün yeni qanunlar qəbul edilir, yaxud da mövcud qanunvericilik aktlarına dəyişikliklər edilir.
Təsadüfi deyil ki, bir müddət öncə , "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişikliklər edilib, süni intellektdən istifadə edərək qanunsuz materialların hazırlanıb yayılmasına görə qadağalar, qadağaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəllələrə yeni müddəalar əlavə edilib.
Prezident İlham Əliyev tərəfindən imzalanmış dəyişikliklər paketinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin Cinayət Məcəlləsinə əlavəe dilmiş 242-2-ci maddəyə əsasən şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qanuna görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. Beynəlxalq praktikada da bu yanaşma - süni intellekt sistemlərinə dair şəffaflıq öhdəlikləri prioritet məsələdir.
2024-cü il avqustun 1-də qüvvəyə minən Aİ-nin "Süni İntellekt Qanun"u süni intellekt sistemləri üçün risk səviyyəsinə uyğun fərqli qaydalar müəyyən edir. Qanuna əsasən, qəbulolunmaz risk daşıyan bəzi süni intellekt tətbiqləri qadağan edilir, yüksəkriskli sistemlərlə bağlı isə ciddi öhdəliklər tətbiq olunur. Süni intellektlə bağlı qaydaların mərhələli şəkildə qüvvəyə mindiyi bu Qanunda bu il avqustun 2-dən etibarən şəffaflıq öhdəliklərinin tətbiq edilməsinə başlanılacaq. Aİ-nin Komissiyası və üzv ölkələrin bazara nəzarət orqanları yoxlama və sanksiya tətbiq etmək səlahiyyətlərini faktiki olaraq həyata keçirə biləcəklər.
Yeni qaydaların məqsədi vətəndaşların süni intellektlə qarşılıqlı əlaqədə olduqlarını və qarşılaşdıqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını anlaya bilmələrini təmin etməkdir. Bununla süni intellektin aldadıcı şəkildə istifadəsinin qarşısının alınması, informasiya ekosistemində şəffaflığın artırılması və rəqəmsal mühitə olan etimadın gücləndirilməsi hədəflənir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb