Ləğv edilmiş valideynlik hüquqları yenidən bərpa oluna bilərmi? - Vəkildən AÇIQLAMA

Ləğv edilmiş valideynlik hüquqları yenidən bərpa oluna bilərmi? - Vəkildən AÇIQLAMASon zamanlar boşanmaların sayının artması ciddi narahatlığa səbəb olur. Xüsusilə də valideynlərin övladları qarşısında öhdəliyi icra etməməsi. Bu uşaqların psixi inkişafına mənfi təsirsiz ötüşmür. Qeyd olunan problemlə əlaqədar son vaxtlar aktual olan məsələlərdən biri də məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə hallarıdır.

Bəs valideynlər hansı hallarda valideynlik hüququndan məhrum edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan vəkil Emil Aslanov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlik hüquqlarından məhrumetmə yalnız məhkəmə qaydasında həyata keçirilir və valideynin uşaq üzərindəki bütün hüquqlarını (tərbiyə etmək, qorumaq, təmsil etmək) itirməsi deməkdir:

"Bu proses uşağın təhlükəsizliyi və mənafeyini qorumaq məqsədi daşıyır.

Valideynlər və ya onlardan biri aşağıdakı hallarda bu hüquqdan məhrum edilə bilər:

Valideynlik vəzifələrini qəsdən yerinə yetirmədikdə (o cümlədən alimenti qəsdən ödəmədikdə).

Üzrlü səbəb olmadan uşağı doğum evindən və ya digər sosial müəssisədən götürməkdən imtina etdikdə.

Valideynlik hüquqlarından sui-istifadə etdikdə.

Uşaqlara qarşı məişət zorakılığı törətdikdə.

Xroniki alkoqol və ya narkomaniya xəstəsi olduqda.

Uşağın və ya ərinin/arvadının həyatı və ya sağlamlığı əleyhinə qəsdən cinayət törətdikdə.

Kimlər Müraciət Edə Bilər?

İddia qaldırmaq səlahiyyəti aşağıdakı şəxslərə və qurumlara verilir:Valideynlərin hər birinə (digər valideynə).

Uşağın qəyyumuna və ya himayəçisinə.Uşağı tərbiyə edən şəxslərə.

Müvafiq icra hakimiyyəti orqanına (və ya digər səlahiyyətli dövlət qurumlarına).

Uşağın yaxın qohumlarına.

Prokurora.

Hüquqi Nəticələr isə valideyn uşaqla bağlı bütün şəxsi və əmlak hüquqlarını (məsələn, gələcəkdə uşaqdan aliment almaq və ya uşağın əmlakına sahib çıxmaq hüququnu) itirir.Valideynlik hüququndan məhrum edilmə aliment öhdəliyini ləğv etmir - şəxs uşağa maliyyə vəsaiti (aliment) ödəməyə davam etməlidir.Uşaq valideynin razılığı olmadan, qərarın qüvvəyə minməsindən 6 ay keçdikdən sonra övladlığa götürülə bilər.

Ləğv edilmiş valideylik hüquqları yeniden bərpa edilə bilərmi?

Vəkil vurğulayıb ki, ləğv olunmuş (məhrum edilmiş) valideynlik hüquqları yenidən bərpa edilə bilər. Əgər valideynin davranışı, həyat tərzi və ya əxlaqı dəyişibsə, məhkəməyə ərizə verə bilər:

"Yəni valideyn öz davranışını, zərərli vərdişlərini və ya əxlaqını tamamilə düzəltməli, uşağa münasibətini müsbət tərəfə dəyişməlidir.

Hüquqlar yalnız məhkəmə qərarı ilə bərpa olunur. Uşağın 10 yaşı varsa, onun razılığı mütləq şəkildə nəzərə alınmalıdır. Ən önəmlisi isə uşaq başqa ailə tərəfindən övladlığa götürülübsə və bu övladlığa götürmə ləğv olunmayıbsa, valideynlik hüquqları yeniden bərpa edilə bilməz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 607   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr