İsti havada açıq satılan qidalar nə qədər təhlükəlidir? - Küçə yeməkləri ilə bağlı vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Yay mövsümündə havanın temperaturunun yüksəlməsi qidaların daha tez xarab olmasına və sağlamlıq üçün risk yaratmasına səbəb ola bilər. Xüsusilə açıq şəraitdə, günəş altında və ya lazımi temperatur rejimi təmin edilmədən satılan qida məhsulları bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Bu isə qida zəhərlənmələri və müxtəlif infeksion xəstəliklərin yaranma riskini artırır.
Küçə yeməklərinə marağın artdığı bir dövrdə açıq vitrində satılan məhsulların təhlükəsizliyi və bu sahədə nəzarət mexanizmlərinin effektivliyi yenidən gündəmə gəlir. Bəs isti havada açıq satılan qidalar nə dərəcədə təhlükəlidir? Küçə yeməkləri və açıq vitrində satılan məhsullara nəzarət necə aparılır?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, yay aylarında isti hava açıq şəkildə satılan qidalar üçün ən böyük risk amillərindən biridir. Onun sözlərinə görə, xüsusilə 30°C-dən yuxarı temperaturda qidaların tərkibində olan bakteriyalar daha sürətlə çoxalır və bu da qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə artırır: "Ət, toyuq, balıq, süd məhsulları, kremli şirniyyatlar, salatlar və bişmiş yeməklər açıq şəraitdə uzun müddət saxlanıldıqda təhlükəli mikroorqanizmlər üçün əlverişli mühit yaranır. Küçə yeməkləri və açıq vitrində satılan məhsulların hamısı təhlükəli hesab edilmir. Əsas məsələ onların hazırlanma, saxlanma və satış şəraitidir. Qidalar tozdan, həşəratlardan və birbaşa günəş şüalarından qorunmalı, temperatur rejiminə riayət edilməli, satıcılar isə şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Bu tələblər pozulduqda məhsulun təhlükəsizliyi ciddi şəkildə azalır.
Nəzarət isə müvafiq dövlət qurumları tərəfindən planlı və plandankənar yoxlamalar, laborator analizlər və sanitariya-gigiyena tələblərinin qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Tələblərə cavab verməyən məhsullar satışdan çıxarıla, sahibkarlar isə məsuliyyətə cəlb oluna bilərlər.
İstehlakçılar da diqqətli olmalıdırlar. Açıq havada uzun müddət qalmış, üzəri örtülməyən, xoşagəlməz qoxusu və ya görünüşü dəyişmiş qidaları almaqdan çəkinmək lazımdır. Xüsusilə yay aylarında etibarlı satış məntəqələrinə üstünlük vermək qida zəhərlənməsinin qarşısını almaqda mühüm rol oynayır.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 713 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabr