Şimali Koreyanın Yaponiyaya hədəsi: Region yeni gərginlik mərhələsinə keçir? - POLİTOLOQDAN AÇIQLAMA
Şimali Koreya Yaponiyanın hərbi potensialını gücləndirməsini kəskin tənqid edərək Tokioya qarşı əlavə hərbi addımlar ata biləcəyi barədə xəbərdarlıq edib. Pxenyanqın bəyanatında Yaponiyanın ABŞ istehsalı olan "Tomahawk" qanadlı raketlərinin sınağını keçirməsi və Vaşinqtonla hərbi əməkdaşlığı genişləndirməsinin regional təhlükəsizliyi təhdid etdiyi iddia olunur.
Şimali Koreya rəhbərinin bacısı Kim Yo Con bildirib ki, bu addımlar davam edərsə, ölkə "əlavə hərbi seçimlərdən" istifadə edə bilər. Bu bəyanat Şərqi Asiyada təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Şimali Koreyanın Yaponiyaya yönəltdiyi son xəbərdarlıqlar ilk növbədə siyasi və psixoloji təzyiq xarakteri daşıyır. Onun sözlərinə görə, Pxenyan hesab edir ki, Yaponiyanın hərbi imkanlarını genişləndirməsi və ABŞ ilə müdafiə əməkdaşlığını gücləndirməsi onun təhlükəsizlik maraqlarına təhdid yaradır: "Buna görə də sərt bəyanatlarla həm Tokioya, həm də Vaşinqtona mesaj verməyə çalışır. Bununla yanaşı, bu cür ritorikanı tamamilə əhəmiyyətsiz hesab etmək olmaz. Çünki regionda hərbi fəallığın artması yanlış hesablamalar və ya təsadüfi insidentlər nəticəsində gərginliyin daha da yüksəlməsinə səbəb ola bilər.
Hazırkı mərhələdə tərəflərin birbaşa hərbi qarşıdurmaya getməsi ehtimalı yüksək görünməsə də, qarşılıqlı silahlanma yarışının sürətlənməsi və təhlükəsizlik mühitinin daha da həssaslaşması mümkündür. Bu isə təkcə Yaponiya və Şimali Koreyaya deyil, Cənubi Koreya, Çin və bütövlükdə Asiya-Sakit okean regionunun sabitliyinə təsir göstərən amillərdən biridir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 798 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrSabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabr"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrYağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabr