Xanımının ad günündə ürəyi dayanıb - 3 ay əvvəl qəza keçiribmiş

Xanımının ad günündə ürəyi dayanıb - 3 ay əvvəl qəza keçiribmişXəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova onun ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. Nərmin bildirib ki, Eminin qəfildən ürəyi və ciyərləri dayanıb:

"3 ay əvvəl Emin maşını aşırtdı. Eminin maşını demək olar ki, konserva kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik - Eminin o maşından sağ çıxmasına. Amma sən demə, o qəza onun həyatını 3 ay sonra əlindən alacaqmış. Həkimlərin son diaqnozu tromboemboliya oldu. Qəfil rəhmətə getdi. Ürəyi və ciyərləri dayanıb. Biz hələ də bu dəhşəti qəbul edə bilmirik".

Nərmin əlavə edib ki, kürəkəni bacısının doğum günündə vəfat edib:

"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var: yoldaşının dünyasını dəyişdiyi gün həm də bacımın doğum günüdür. Üstəlik, həyat yoldaşı onun gözlərinin önündə son nəfəsini verib. Bu, heç vaxt yaddaşından silinməyəcək bir ağrıdır. Hər il həmin tarix gələndə onun üçün sadəcə bir doğum günü olmayacaq: həm öz doğulduğu, həm də həyatının ən ağır itkisini yaşadığı gün olacaq".

Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərindəki M. Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 620   Tarix: 08 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr