Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir
Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40.4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir.
Sonxeber.az Modern.az-a istinadla xəbər verir ki, 15 yaşdan yuxarı əhalinin 48.2 faizi artıqçəkilidir (BKİ 26-30), 10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir. Normal bədən kütlə indeksinə malik olanların payı 40.4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1.4 faiz təşkil edir.
Statistikaya əsasən, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. Belə ki, 45-64 yaş qrupunda əhalinin 61.1 faizi artıqçəkilidir, 16.6 faizi isə piylənmədən əziyyət çəkir. 65 yaş və yuxarı əhali arasında isə artıqçəkililərin payı 61 faiz, piylənmədən əziyyət çəkənlərin payı 18.6 faizdir.
Azərbaycanda kişilərin 53.7 faizi artıqçəkilidir, 9.3 faizi piylənmədən əziyyət çəkir. Qadınlarda isə 43.2 faiz artıqçəkili, 10.7 faiz piylənmə göstəricisi qeydə alınıb.
Rəsmi statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69.7 kiloqram, orta boyu isə 167.5 santimetrdir. Kişilərin orta çəkisi 73.7 kiloqram, qadınların orta çəkisi 66.1 kiloqram təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 477 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr