"Beynəlxalq mövqelərimizin güclənməsində Prezident İlham Əliyevin diplomatik fəaliyyəti mühüm rol oynayır" - David Seliverstov

"Beynəlxalq mövqelərimizin güclənməsində Prezident İlham Əliyevin diplomatik fəaliyyəti mühüm rol oynayır" - David SeliverstovAzərbaycanın xarici siyasəti son illərdə milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində həyata keçirilir. Bu siyasətdə Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və siyasi iradəsi mühüm rol oynayır.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri milli maraqların müdafiəsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması xarici siyasətin əsas prioritetlərindəndir. Regional sabitlik və sülh əsas dövlətimizin əsas hədəfidir. Azərbaycan hər zaman Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın formalaşmasında maraqlıdır.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də çoxtərəfli diplomatiyadir. Yeni Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək öz mövqelərini qlobal platformalarda ifadə edir.Türkiyə ilə strateji müttəfiqlik, Azərbaycan-Türkiyə münasibətlərinin xarici siyasətin ən mühüm istiqamətlərindən biridir.

Xüsusilə də enerji diplomatiyası: Azərbaycanın neft-qaz və yaşıl enerji layihələri ölkənin beynəlxalq iqtisadi və siyasi əhəmiyyətini artırır. Orta Dəhliz, Bakı-Tbilisi-Qars və digər layihələr isə Azərbaycanın regional tranzit imkanlarını daha da genişləndirir. Qarabağın və Şərqi Zəngəzurun bərpası isə həm daxili inkişaf, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm istiqamətə çevrilib.

Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri milli maraqları beynəlxalq münasibətlərdə ardıcıl şəkildə müdafiə etmək və müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər qurmaqdır.
Onun diplomatik yanaşmasında siyasi dialoq, qarşılıqlı maraqların uzlaşdırılması, iqtisadi və enerji əməkdaşlığından xarici siyasət aləti kimi istifadə və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi xüsusi yer tutur.
Xüsusilə Qarabağ məsələsində Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi, müxtəlif dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi və Azərbaycanın regional layihələrdə rolunun artırılması ölkənin diplomatik imkanlarını genişləndirib.

Azərbaycanın xarici siyasəti yalnız siyasi münasibətlərdən ibarət deyil. Enerji, nəqliyyat, iqtisadiyyat, təhlükəsizlik və humanitar əməkdaşlıq da bu siyasətin mühüm komponentləridir. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti isə bu istiqamətlərin əlaqələndirilməsi və Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 336   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr