"Media və Yayım Şurasının kollegial idarəetmə modelinin əsas götürməsi də xüsusi əhəmiyyət daşıyır" - Bəhruz Quliyev
"Media və Yayım Şurasının yaradılması Azərbaycan media məkanında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki burada söhbət yalnız iki qurumun - Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bir strukturda birləşdirilməsindən getmir. Əsas məsələ media və yayım sahəsində dövlət siyasətinin daha sistemli, çevik və vahid mexanizmlər əsasında həyata keçirilməsidir.
Bu gün media artıq yalnız informasiya ötürən vasitə deyil. Media həm də cəmiyyətin ictimai-siyasi düşüncəsinə təsir edən, milli maraqların və informasiya təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan strateji institutdur. Xüsusilə informasiya müharibələrinin genişləndiyi, rəqəmsal platformaların sürətlə inkişaf etdiyi bir dövrdə milli medianın güclü, peşəkar və iqtisadi baxımdan dayanıqlı olması dövlət üçün də, cəmiyyət üçün də vacib məsələdir."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, yeni Şuraya verilən səlahiyyətlər arasında media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinin ayrıca qeyd olunması təsadüfi deyil. Çünki müasir medianın əsas problemlərindən biri məhz iqtisadi dayanıqlıq məsələsidir. İqtisadi cəhətdən zəif media qurumunun keyfiyyətli jurnalistika aparması, peşəkar kadrları qoruması, yeni texnologiyalara investisiya qoyması və rəqəmsal rəqabətdə mövqeyini saxlaması kifayət qədər çətindir.
Ona görə də dövlət-media münasibətlərində yeni mərhələnin əsas hədəflərindən biri medianın dövlət dəstəyindən asılılığını artırmaq yox, onun öz iqtisadi modelini qurmasına imkan verən sağlam media bazarının formalaşdırılması olmalıdır. Media layihələrinin müsabiqə əsasında dəstəklənməsi, audiovizual məhsulların istehsalına dövlət sifarişlərinin verilməsi, peşəkar kadrların hazırlanması bu baxımdan əhəmiyyətlidir.
Digər mühüm məsələ dövlət qurumları ilə media arasında qarşılıqlı etimadın gücləndirilməsidir. Jurnalist üçün informasiyaya çıxış nə qədər vacibdirsə, dövlət qurumları üçün də peşəkar, məsuliyyətli və obyektiv medianın mövcudluğu bir o qədər əhəmiyyətlidir. Bu münasibətlər qarşılıqlı hörmət və şəffaflıq prinsipləri üzərində qurulmalıdır".
"Düşünürəm ki, Media və Yayım Şurasının kollegial idarəetmə modelinin əsas götürməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki media sahəsində qərarların qəbulunda müxtəlif baxışların, peşəkar yanaşmaların və ictimai maraqların nəzərə alınması etimad mühitinin möhkəmlənməsinə xidmət edə bilər. Azərbaycan mediası son illərdə ciddi transformasiya mərhələsindən keçir. Ənənəvi qəzetçilik, televiziya və radio ilə yanaşı, internet mediası, sosial şəbəkələr, YouTube, podkastlar və digər rəqəmsal platformalar artıq informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. Deməli, media siyasəti də bu reallıqlara uyğunlaşmalıdır.
Hesab edirəm ki, Media və Yayım Şurasının qarşısında duran əsas vəzifələrdən biri məhz bu transformasiyanı düzgün idarə etmək, ənənəvi medianın potensialını qorumaqla yanaşı, yeni media platformalarının imkanlarından səmərəli istifadə etməkdir.
Azərbaycan mediasının qarşısında bu gün həm böyük imkanlar, həm də ciddi çağırışlar var. İmkan ondan ibarətdir ki, dövlət media sektorunun inkişafı üçün yeni mexanizmlər formalaşdırır. Çağırış isə odur ki, media bu imkanlardan istifadə edərək daha peşəkar, daha rəqabətli, daha məsuliyyətli və daha müstəqil olmalıdır.
Yeni Media və Yayım Şurasının fəaliyyətinin nəticəsini də məhz bu meyarlarla qiymətləndirmək lazımdır: Azərbaycan mediası nə qədər güclənəcək, media subyektlərinin iqtisadi dayanıqlığı nə qədər artacaq, jurnalistikanın peşəkarlığı hansı səviyyəyə yüksələcək və ən əsası, cəmiyyətin etimad etdiyi güclü milli informasiya məkanı nə dərəcədə formalaşacaq. Hesab edirəm ki, yeni qurum qarşısında çox ciddi və strateji vəzifələr dayanır. Bu mərhələdə əsas məqsəd yalnız medianı tənzimləmək deyil, Azərbaycan mediasının inkişafına şərait yaratmaq, onun iqtisadi və institusional imkanlarını genişləndirmək və qlobal informasiya rəqabətində milli medianın mövqelərini gücləndirmək olmalıdır."- deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib