Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edən Vaşinqton görüşü

Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edən Vaşinqton görüşüAzərbaycan heç vaxt indiki qədər güclü, beynəlxalq münasibətlər sistemində söz sahibi və nüfuzlu dövlət olmayıb. Son illər həyata keçirilən ardıcıl daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib, ölkənin milli maraqlarının qətiyyətlə qorunmasını təmin edib. Bu siyasətin nəticələri həm hərbi, həm də diplomatik müstəvidə özünü açıq şəkildə göstərməkdədir.

Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinə rəhbərlik etdiyi kimi, 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında keçirilən görüşdə də diplomatiya və siyasət müstəvisində mühüm nəticələrin əldə olunmasına nail oldu. Bu hadisə təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də xüsusi maraq doğurdu. Həmin gün dünyanın diqqəti ABŞ-yə yönəlmişdi. ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, eləcə də imzalanan sənədlər beynəlxalq siyasətin əsas gündəm mövzularından birinə çevrilmişdi.

Vaşinqtonda baş tutan görüşün ən mühüm nəticələrindən biri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması oldu. Bununla yanaşı, Azərbaycanın əvvəldən irəli sürdüyü prinsipial mövqelər də öz aktuallığını qorudu. Yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi vacib şərt kimi qalır. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ardıcıl şəkildə müdafiə olunduğunu göstərən əsas məqamlardan biridir.
Xüsusilə vurğulanmalıdır ki, Vətən müharibəsində əldə olunan Qələbədən dərhal sonra Azərbaycan qalib dövlət kimi revanşizm deyil, sülh gündəliyini irəli sürdü. Prezident İlham Əliyev tərəfindən Ermənistana təqdim edilən beş prinsip regionda uzunmüddətli sabitliyin və mehriban qonşuluq münasibətlərinin formalaşdırılmasına hesablanmışdı.
Həmin prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinə söykənir və dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət etməsini əsas götürür. Bu baxımdan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması davamlı sülhün təmin olunmasının vacib elementlərindən biri kimi qiymətləndirilir.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamədə ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi, eləcə də Zəngəzur istiqamətində yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması ilə bağlı müddəalar da öz əksini tapdı. Bu istiqamətdə əldə olunan razılaşmalar regionda iqtisadi inteqrasiyanın genişlənməsi, yükdaşımaların sürətlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur marşrutunun istifadəyə verilməsi Azərbaycandan Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasına, bütövlükdə isə Orta Dəhlizin imkanlarının daha da genişlənməsinə xidmət edəcək.
Əldə olunan nəticələr onu göstərir ki, Prezident İlham Əliyevin sülh prosesinin başlanğıcından etibarən irəli sürdüyü əsas prinsiplər beynəlxalq səviyyədə müzakirə olunan sənədlərdə öz əksini tapıb. Bu isə Azərbaycanın prinsipial və ardıcıl diplomatik xəttinin mühüm nəticəsi kimi qiymətləndirilə bilər.

Xarici siyasətdə əldə edilən uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını, ölkənin regional və qlobal proseslərdə rolunun gücləndiyini nümayiş etdirir. Bu nəticələr uzun illər həyata keçirilən ardıcıl dövlət siyasətinin və diplomatik fəaliyyətin məntiqi davamı kimi dəyərləndirilir. Azərbaycan bundan sonra da milli maraqlarını əsas tutaraq beynəlxalq əməkdaşlığı genişləndirməyə, regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək. Bu istiqamətdə atılan addımlar ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsinə, Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edəcək.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 319   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr