Vaşinqton Zirvəsi Azərbaycanın regionda yaratdığı status kvonu bir daha təsbit etdi

Vaşinqton Zirvəsi Azərbaycanın regionda yaratdığı status kvonu bir daha təsbit etdiPrezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsini əsaslı şəkildə dəyişib. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması yalnız hərbi-siyasi üstünlük anlamına gəlmir, bu qələbələr eyni zamanda region üçün yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırıb - münaqişə dövrü başa çatıb, sülh və əməkdaşlıq üçün real imkanlar yaranıb.

2025-ci ilin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını şərh edən deputat ötən bir ildə sülh prosesində müşahidə olunan inkişaflardan bəhs edib. Bir il öncə, avqustun 8-də son dərəcə vacib tarixi hadisəyə şahidlik etdik. ABŞ prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin baş tutması istər Azərbaycan-Ermənistan normallaşdırma prosesinin irəlilədilməsi, istərsə də Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin yenidən nəzərdən keçirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi baxımdan böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir. Son 80 ildə tam, mütləq qələbə qazanan yeganə ölkə olan Azərbaycan münaqişəni qalibiyyətlə bitirdikdən sonra Prezident İlham Əliyev sülh təşəbbüsü ilə çıxış etdi. Sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı ərazi iddiasıyla çıxış etməmək, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən 5 əsas prinsip Ermənistana təqdim edildi. 2025-ci ilin mart ayında yekun olaraq razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlandı. Lakin danışıqlar prosesinin gedişi Ermənistanın səmimi olmamasını bir daha nümayiş etdirdi. 2023-cü il antiterror tədbirlərinə qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərə dair bəndin layihəyə salınmasını təkid etməsinə baxmayaraq, Azərbaycan prinsipial şəkildə bu məsələnin ölkənin daxili işi olduğunu və dövlətlərarası sənədə daxil edilməsinin mümkünsüzlüyünü qarşı tərəfin diqqətinə çatdırırdı.

Məlumdur ki, Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin, Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə mane olurdu.

Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsi kimi tarixə düşdü və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtləri ilə razılaşdı - Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasının zəruriliyini qəbul etdi. Birgə Bəyannamənin 1-ci bəndində də qeyd olunan: "....Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik.... " ifadəsi məhz bunu ehtiva edir. Unutmayaq ki, Vaşinqton Zirvəsinə qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar.
8 avqust görüşündən sonra Zəngəzur dəhlizinin açılması da artıq reallığa çevrildi. Yenə də həmin Bəyannamənin 3-cü bəndinə istinad edə bilərik. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü vəyurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.

Bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərində formal sülh sazişi olmasa da, mahiyyət etibarilə əvvəllər mürəkkəb görünən psixoloji, iqtisadi və institusional baryerlər aşılıb. Tam atəşkəs, Ermənistan tərəfindən sərhəddə əvvəllər törədilən təxribatların hazırda müşahidə edilməməsi, ticarət əlaqələri, vətəndaş cəmiyyətlərinin ilk birbaşa təmasları və delimitasiya prosesinin institusionallaşması - bütün bunlar sülhün sadəcə kağız üzərində deyil, real həyatda formalaşdığının göstəricisidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı "de-fakto sülh" formulu bu baxımdan təsadüfi deyil: rəsmi imzalanma gecikə bilər, lakin münaqişənin əsas elementi-silahlı toqquşma artıq keçmişdə qalıb. Yekun olaraq, qeyd edək ki, 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə ilə Azərbaycanın regionda yaratdığı status kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ bu yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 247   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr