Regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən tarix

Regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən tarixAvqustun 8-i Azərbaycanın müasir diplomatiya salnaməsinə, eləcə də Cənubi Qafqazın yeni geostrateji arxitekturasına qızıl hərflərlə yazılmış tarixi dönüş nöqtələrindən biridir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına reallaşan mühüm səfəri və Vaşinqtonda Ermənistanla sülh memorandumunun imzalanmasının ildönümü regionda onilliklər boyu davam edən mürəkkəb münaqişəyə son qoyan, Cənubi Qafqazı gərginlik ocağından dinc inkişaf və qlobal əməkdaşlıq məkanına çevirən müstəsna diplomatik Zəfər günü kimi xatırlanır. Bu tarixi səfərin nəticələrinin yenidən gündəmə gətirilməsi və dərin analitik təhlillərin aparılması göstərir ki, Azərbaycan dövlətinin irəli sürdüyü sülh konsepti yalnız iki ölkə arasında münasibətlərin tənzimlənməsi deyil, bütövlükdə Avrasiya məkanında təhlükəsizlik və inteqrasiya dinamikasını dəyişən qlobalmiqyaslı hadisədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək, cəbhədə qazanılmış möhtəşəm hərbi Zəfəri diplomatik müstəvidə də mütləq siyasi qələbə ilə taclandırdı. Cənubi Qafqazda yaranmış yeni status-kvonun yeganə və suveren müəllifi olan Azərbaycan dövlətinin başçısı müharibə başa çatandan dərhal sonra revanşizmə, kənar güclərin zərərli müdaxilələrinə yer qoymayan, gələcəyə hesablanmış dayanıqlı sülh gündəliyini müəyyən etdi. Şanlı Qələbədən sonra Azərbaycanın təkbaşına irəli sürdüyü beş fundamental prinsip - dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından rəsmən imtina olunması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin tam açılması, eləcə də digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulması sülh prosesinin təməl sütununa çevrildi. Beynəlxalq hüququn aliliyini özündə əks etdirən bu prinsiplər sübut etdi ki, regiona gətirilən sülh təşəbbüsü, onun hüquqi və fəlsəfi məzmunu tamamilə Azərbaycana və Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinə mənsubdur.

Vaşinqtonda imzalanmış sənədlər iki dövlət arasında onilliklər boyu davam edən düşmənçilik səhifəsini rəsmən bağladı, tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü yekun olaraq tanımasını beynəlxalq hüquq müstəvisində təsbit etdi. Səfər çərçivəsində təməli qoyulan və xüsusi diqqət mərkəzində duran TRlPP layihəsi regionun iqtisadi və logistik xəritəsini köklü şəkildə yenilədi. Bu transmilli layihə Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarını vahid şəbəkədə birləşdirərək Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin keçiricilik qabiliyyətini və effektivliyini dəfələrlə artırdı, blokada şəraitində qalmış kommunikasiyaların açılmasını təmin etdi, eyni zamanda, regiona nəhəng xarici sərmayələrin axınına və minlərlə yeni iş yerinin yaradılmasına zəmin hazırladı.

Prezident İlham Əliyevin sərkərdəliyi və diplomatik dühası ilə bərqərar olan bu sülh, hər şeydən əvvəl Cənubi Qafqazda tarixi ədalətin tam və qəti bərpa olunması deməkdir. Münaqişə ocağı reputasiyasından tamamilə azad olan region artıq qlobal enerji təhlükəsizliyinin, dayanıqlı yükdaşımaların və qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın mərkəzi kimi tanınır. Sülhün bəxş etdiyi üstünlüklər həm Azərbaycan, həm Ermənistan, həm də bütün qonşu dövlətlər üçün misilsiz imkanlar açır. Azərbaycan özünün iqtisadi, siyasi və hərbi qüdrətini daha da möhkəmləndirir, Ermənistan isə regional təcriddən qurtularaq dinc qonşuluq siyasətinin iqtisadi dividendlərindən yararlanmaq şansı əldə edir. Kənar güclərin regiona təxribatçı müdaxilə cəhdlərinin qarşısını alan yeni regional təhlükəsizlik modeli məhz Azərbaycan Prezidentinin polad iradəsi və dərin analitik təfəkkürünün məhsuludur.

8 avqust Vaşinqton səfəri və imzalanan sülh memorandumu Prezident İlham Əliyevin hərbi müstəvidə qazandığı Zəfəri böyük diplomatik qələbə ilə tamamlayaraq Cənubi Qafqaza əbədi sülh, sabitlik və tərəqqi gətirən mühüm tarixi hadisə kimi Azərbaycan tarixinə həkk olunub. Bu gün Vaşinqton Sammitinə nəzər salarkən əsas nəticə daha aydın görünür: Azərbaycan təkcə müharibənin qalibi olmadı, həm də sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 285   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr