8 avqust görüşlərinin tarixi əhəmiyyəti

8 avqust görüşlərinin tarixi əhəmiyyətiAzərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərinin və Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə sülh prosesi üzrə mühüm sənədlərin imzalanmasının bir ili tamam olur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüş Cənubi Qafqazda uzun illər davam edən münaqişənin arxada qalması istiqamətində ən əhəmiyyətli diplomatik hadisələrdən biri kimi qiymətləndirilir.

Səfərin əsas nəticəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən dövlətlərarası münasibətlərin qurulmasına dair sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və liderlərin birgə bəyannamə imzalaması olub. Sənəddə tərəflər sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində işi davam etdirmək, bir-birinin ərazi bütövlüyünü tanımaq və regionda uzunmüddətli sabitliyə sadiq olduqlarını bəyan etdilər.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan-Ermənistan münasibətlərində hərbi qarşıdurmadan siyasi dialoqa keçidin simvolu oldu. Beləliklə, ABŞ Cənubi Qafqazda sülh prosesinin təşviqində daha fəal vasitəçi kimi çıxış etdi. Bununla da regional nəqliyyat və iqtisadi əməkdaşlıq perspektivləri yenidən gündəmə gəldi. Həmçinin münaqişədən sonrakı dövrdə diplomatik münasibətlərin normallaşdırılması üçün yeni beynəlxalq siyasi platforma formalaşdı.

Bir il ərzində proses müxtəlif mərhələlərdən keçsə də, Vaşinqton görüşü regionun siyasi tarixində dönüş nöqtəsi kimi qalır. Analitiklərin qiymətləndirməsinə görə, həmin görüş təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, həm də Cənubi Qafqazın geosiyasi balansına, beynəlxalq nəqliyyat marşrutlarına və böyük güclərin regiondakı roluna təsir göstərən hadisə idi.

Avqustun 8-i artıq təkcə bir diplomatik səfərin ildönümü deyil, həm də regionda davamlı sülhün qurulması istiqamətində atılmış ən mühüm siyasi addımlardan birinin xatırlandığı tarix kimi dəyərləndirilir.
ABŞ səfəri Prezident İlham Əliyevin əldə etdiyi mühüm diplomatik qələbə kimi qiymətləndirilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ölkə başçısının irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü rəsmi Vaşinqton tərəfindən nəinki dəstəkləndi, həm də bu layihəyə sərmayə yatırılmasına nail oldu. Prezident İlham Əliyev Amerikanın diqqətini Cənubi Qafqaza cəlb etməklə qlobal ticarətə geniş yollar təqdim etdi. ABŞ Prezidenti bu layihənin qlobal xarakter daşıdığını düzgün qiymətləndirərək, onun reallaşması üçün hər cür köməklik göstərəcəyini bildirərək adının simvolik olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) adlandırılmasını istədi.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi James O'Brien bildirib ki, Mərkəzi Asiya ölkələrinin Rusiya və Çindən kənar alternativ ixrac marşrutlarına ehtiyacı var və Azərbaycanın bu baxımdan strateji əhəmiyyəti böyükdür. Bu yanaşma Zəngəzur istiqamətinin də daha geniş Şərq-Qərb bağlantısının bir hissəsi kimi qiymətləndirildiyini göstərir. Bu dəhliz təkcə Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsi yaratmaqla kifayətlənmir, həmçinin geosiyasi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün Vaşinqton deklarasiyasına uyğun addımlar ataraq rəsmi Bakının siyasi niyyətinin yalnız sülh və iqtisadi inkişafdan ibarət olduğunu bütün dünyaya göstərdi. Məhz Azərbaycan Prezidentinin icazəsi ilə Ermənistana ölkəmiz üzərindən yükdaşımalara icazə verildi. Artıq Ermənistan Rusiya və Qazaxıstan ilə yanacaq, taxıl, kimyəvi gübrələrin ticarətini aparır. Digər tərəfdən Azərbaycanda geniş infrastruktur layihələr həyata keçirilir ki, Zəngəzur dəhlizi tam gücü ilə fəaliyyət göstərsin.

Dəhliz ilk növbədə, Naxçıvan Muxtar Respublikasının Azərbaycan ilə nəqliyyat əlaqəsini təmin edəcək ki, bunun da mühüm geosiyasi əhəmiyyəti var. Naxçıvan uzun illərin blokadasından çıxaraq nəinki Azərbaycana, eləcə də dünya iqtisadiyyatına inteqrasiya olunmaq imkanı qazanacaq. Azərbaycanın iqtisadi imkanları öz ərazisində nəzərdə tutulan işləri yekunlaşdırmaq imkanı verir. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün inşası yekunlaşmaq üzrədir. Bu istiqamətdə həyata keçirilən işlərin 95 faizi tamamlanıb. Bakı limanının yükaşırma imkanı yaxın zamanlarda 25 milyon tona çatdırılacaq. Bütün bunlar təsadüfən baş verməyib.
ABŞ Dövlət departamentinin 402 milyon dollardan ibarət "TRIPP+ Enterprise" Fondu yaratması və Zəngəzur dəhlizinin 42 kilometrlik məsafəsinin iqtisadi-texniki əsaslandırmasını aparması da təsadüfi xarakter daşıyan məsələ deyil.
Hazırda Avrasiya məkanında davam edən müharibələr Çin ilə Avropa arasındakı ticarət əlaqələrinin məhz Orta Dəhliz üzərindən aparılmasını zərurətə çevirib. Rusiya-Ukrayna müharibəsi şimaldan, İran-ABŞ müharibəsi isə cənubdan Avropaya gedən yolları təhlükəli vəziyyətə salıb. Orta Dəhlizdə iştirak edən Mərkəzi Asiya respublikaları və Azərbaycanın yükdaşıma həcminin 2030-cu ilə kimi 11 milyon tona çatdırmaq planları təsadüfi xarakter daşımır. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi təşəbbüsü təkcə ABŞ yox, Avropa İttifaqının "Global Gateway" təşəbbüsü çərçivəsində də dəstəklənir.

Ötən ilin avqustunda Vaşinqtonda keçirilən görüşdə Prezident İlham Əliyevin əldə etdiyi diplomatik qələbə Azərbaycana yalnız iqtisadi divident deyil, həmçinin siyasi zəmanət də qazandırıb.

Aynur Xəlilova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 99   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uitkoff: Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir

Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp 35 illik amansız münaqişəyə son qoyan tarixi sülh müqaviləsini imzalamaq üçün Azərbaycan və Ermənistanı bir araya gətirdi. "Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkə hesabındakı paylaşımd

9 avqust
.

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT

9 avqust
.

Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir

Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. Onun sözlərinə görə, Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin erkən evliliy

9 avqust
.

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK - Deputat AÇIQLADI

Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqların

10 avqust
.

Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib

Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var. DİN-in Mətbuat xidmətinin regiona

10 avqust
.

Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradır

Yay aylarında çimərliklərdə insanların isti qumun üzərində uzanaraq günəş vannası qəbul etməsi geniş yayılmış vərdişlərdəndir. İsti qumun bədən üçün müalicəvi təsirə malik olması ilə bağlı fikirlər səslənsə də, yüksək temperaturda uzun müddət qum üzərində qalmaq və günəş şüalarına həddindən artıq məru

10 avqust
.

"Beynəlxalq mövqelərimizin güclənməsində Prezident İlham Əliyevin diplomatik fəaliyyəti mühüm rol oynayır" - David Seliverstov

Azərbaycanın xarici siyasəti son illərdə milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində həyata keçirilir. Bu siyasətdə Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və siyasi iradəsi mühüm rol oynayır. Azərbaycanın xaric

10 avqust
.

Avqustun 13-dən sonra TOY EDƏCƏKLƏRİN NƏZƏRİNƏ

Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır. Bəs qarşıdakı dövrdə həqiqətən də "toy bumu"

9 avqust
.

Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40.4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir. -a istinadla xəbər verir ki, 15 yaşdan yuxarı əhalinin 48.2 faizi artıqçəkilidir (BKİ 26-30), 10 faizi isə piylənmədən (BK

8 avqust