"Azərbaycan-Ukrayna münasibətləri regional proseslər kontekstində mühüm əhəmiyyət daşıyır" - Politoloq
Tarixən dövlətlərarası münasibətlər müharibə, sülh, ticarət və ittifaqlar əsasında inkişaf etmişdir. Yeni dövrdə isə beynəlxalq hüquq və diplomatiya sistemi əsas rol oynayır. Azərbaycanın dövlətlərarası münasibətləri milli maraqlara, bərabərhüquqluluğa və qarşılıqlı hörmətə əsaslanan müstəqil xarici siyasət kursuna dayanır. Ölkəmiz dünyanın 170-dən çox dövləti ilə diplomatik əlaqələr saxlayır, həmçinin regional və qlobal təşkilatlarda fəal təmsil olunur. Ukrayna da bu ölkələr sırasındadır. Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılmışdır. Hazırda iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil ,mədəni və digər sahələr üzrə əlaqələr yüksələn xətlə inkişaf edir. Bu münasibətlər dövrün və zamanın sınağından çıxmaqla, geniş məzmun və diapazon qazanıb. Prezident Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və həmin vaxtdan etibarən şəxsi münasibətlər də formalaşaraq bu günədək uğurla inkişaf edir.
Xəbər verdiyimiz kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya rəsmi səfəri baş tutub. Səfər iki ölkə arasında hüquq-müqavilə bazası əsasında formalaşmış əlaqələri irəliyə aparmaq məqsədi daşıyır. Qeyd etməliyik ki, strateji tərəfdaşlıq Azərbaycan-Ukrayna əlaqələrində mərkəzi yer tutur. Nazir Ceyhun Bayramov səfər çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb və prezident Volodimir Zelenski tərəfindən qəbul edilib.
Sonxeber.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan və Ukrayna arasında münasibətlər, xüsusən də son illərdə artıq siyasi dialoqdan əlavə humanitar, iqtisadi, enerji və regional təhlükəsizlik istiqamətlərində inkişaf edən bir strateji tərəfdaşlıq xarakteri alıb:
"Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri və səfər çərçivəsində səsləndirilən mesajlar da göstərir ki, Azərbaycan və Ukrayna arasında münasibətlər mövcud geosiyasi çağırışlar fonunda artıq yeni mərhələyə daxil olur. Bu mərhələnin əsas xüsusiyyətləri isə qarşılıqlı dəstək, beynəlxalq hüquq prinsiplərinə sadiqlik və praktiki əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Ukrayna arasında münasibətlərdə əsas istiqamətlərdən biri təbii ki, dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsində formalaşan ortaq yanaşmadır.Azərbayca uzun illər ərzində öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizə aparıb, o baxımdan Ukraynanın indiki vəziyyətini də kifayət qədər yaxşı anlayır. Ona görə də Azərbaycan Ukraynanın da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini dəstəkləyir və bu dəstəyi bütün platformalarda açıq şəkildə ifadə edir.
Eyni zamanda Azərbaycan münaqişələrin hərbi yolla deyil, diplomatik vasitələrlə həllinin vacibliyini də önə çəkir. Bununla da sülh və dialoq çağırışlarını əsas götürür. Humanitar əməkdaşlıq da Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən birini təşkil edir. Müharibənin ilk günlərindən etibarən Azərbaycanın Ukraynaya göstərdiyi yardım, enerji və sosial infrastruktur sahələrində keçirilən dəstək layihələri ilə iki ölkə arasında humanitar əlaqələr ən yüksək səviyyəyə qalxıb. Bu addımları faktiki olaraq dostluq münasibətlərinin praktiki ifadəsi kimi də qiymətləndirmək olar. İkitərəfli münasibətlərin gələcək inkişafı baxımından isə ən diqqətçəkən sahələrdən biri düşünürəm ki, enerji sahəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və müxtəlif ölkələrə qaz ixracını genişləndirməsi Ukrayna ilə əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Xarici işlər naziri tərəfindən zərurət yaranacağı halda, Ukraynaya qaz tədarükü il bağlı verilən açıqlama da Azərbaycanın öz enerji resurslarını regional əməkdaşlıq və təhlükəsizlik aləti kimi gördüyünü nümayiş etdirib. Ümumilikdə isə, Azərbaycan-Ukrayna münasibətləri müasir dövrdə xüsusən də, regional proseslər kontekstində mühüm əhəmiyyət daşıyır. Müşahidə olunan odur ki, bu tərəfdaşlıq qarşılıqlı siyasi dəstək, iqtisadi maraqlar və humanitar həmrəylik üzərində qurularaq yeni bir mərhələyə qədəm qoyur"
Xatırladaq ki, iki ölkə arasında humanitar sahədə də fəal əməkdaşlıq mövcuddur. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eyni zamanda münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxır".
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Regionda hava soyuyur: yağış, külək, dolu başlayır - TARİX AÇIQLANDI
8 gün iş OLMAYACAQ - TƏQVİM
Bu tarixdən havalar dəyişir - İSTİLƏR BİTİR
Həftəsonu müşahidə ediləcək HAVA ŞƏRAİTİ AÇIQLANDI
Qarpızın üstünə buna görə daş qoyurlar
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
İSTİ GÜNLƏR BİTİR: Güclü külək və leysan gəlir - BU TARİXDƏN
Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər
Avqustda MÜTLƏQ ALIN - Sonra tapmayacaqsınız
Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?
Azərbaycanda kişilər üçün pensiya yaşı YENİDƏN ARTIRILA BİLƏR? - 67-yə qədər...
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? - FOTO