Kasko sığortası zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ

Kasko sığortası zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZAvtomobillərin qiyməti, təmir xərcləri və yol-nəqliyyat hadisələrinin yaratdığı zərərlərin artması kasko sığortasının qiymətlərinə də təsir edən amillər sırasında göstərilir. Bu isə avtomobil sahiblərinin sığorta seçərkən yalnız ödəniləcək məbləğə deyil, müqavilənin əhatə dairəsinə və mümkün risklərə daha diqqətlə yanaşmasını zəruri edir.

Bəs, kasko sığortasının bahalaşmasına hansı amillər səbəb olur və avtomobil sahibləri sığorta müqaviləsi bağlayarkən hansı şərtlərə xüsusi diqqət yetirməlidirlər?
Kasko sığortası zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, ümumilikdə kasko sığortasında tariflərdə qiymət artımı yoxdur, sadəcə, ölkəmizə yeni nəsil avtomobillərin, hibrid, plagin hibrid və elektromobillərin gətirilməsi son illərdə artıb və bu avtomobillərin qiymətləri 20 min manatdan başlayaraq 100 min manat və daha yuxarı məbləğlərə qədər yüksəlir.

"Kasko sığortası hesablanarkən əsas götürülən amillərdən biri avtomobilin dəyəridir. Avtomobilin dəyəri artdıqca, təbii olaraq sığorta haqqı da yüksəlir. Bu da vətəndaşların kasko qiymətlərində müəyyən artım hiss etməsinə səbəb olur. Ümumilikdə isə kasko üzrə hər hansı tarif artımı yoxdur. Daha aşağı qiymətə olan avtomobillər üçün sığorta haqqı da aşağıdır. 2025-ci ilə qədər kasko sığortasında əsasən 12 min, 15 min, 16 min və 20 min manat dəyərində avtomobillər üstünlük təşkil edirdi və onlar üçün sığorta haqları da daha aşağı olurdu. Bu gün isə yeni nəsil avtomobillərin qiyməti 20 min, 30 min, 40 min manat və daha yuxarı məbləğlərdən başlayır. Bu avtomobillər üçün sığorta haqqı hesablandıqda əvvəlki illərlə müqayisədə müəyyən qiymət fərqi yaranır. Lakin bu, əsasən yeni nəsil avtomobillərlə bağlıdır".

Ekspert bildirib ki, bundan əlavə, həmin avtomobillərin ehtiyat hissələrinin hələlik ikinci əl və ya işlənmiş variantları geniş yayılmayıb:

"Hər hansı hadisə baş verdikdə yeni ehtiyat hissələrinin gətirilməsi və ya ölkə daxilindən alınması lazım gəlir. Bütün bunlar nəzərə alındıqda həmin avtomobillər üçün sığorta tarifində müəyyən fərq, nisbətən yüksək qiymət ola bilər. Lakin bu artım kəskin deyil. Bu yanaşmalara görə kaskoda müəyyən qədər artım müşahidə olunur. Daha aşağı dəyəri olan avtomobillər üçün isə sığorta haqqı, təbii ki, daha aşağıdır. Vətəndaşlar üçün kaskonu daha əlçatan etmək məqsədilə sığorta haqqını hissəli ödəmək imkanı da mövcuddur. Bundan əlavə, sürücülük təcrübəsi çox olan şəxslər kasko sığortasını daha aşağı qiymətə əldə edə bilirlər. İstər yeni nəsil, istərsə də köhnə nəsil avtomobillərdə sürücünün sürücülük təcrübəsi və yaşı nəzərə alınaraq sığorta haqqı daha aşağı müəyyən edilə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 554   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr