Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, cinayət işinin icraatı DİN-in nəzarətindədir.
Vurğulanıb ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər - Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Qeyd edək ki, Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 386 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradır
Yay aylarında çimərliklərdə insanların isti qumun üzərində uzanaraq günəş vannası qəbul etməsi geniş yayılmış vərdişlərdəndir. İsti qumun bədən üçün müalicəvi təsirə malik olması ilə bağlı fikirlər səslənsə də, yüksək temperaturda uzun müddət qum üzərində qalmaq və günəş şüalarına həddindən artıq məru
10 avqustVaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi
Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub
10 avqustSabah çox güclü leysan yağacaq - hava PROQNOZU
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləy
10 avqustBaş prokurorun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Baş prokuror Kamran Əliyev avqustun 18-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən -a məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyat
11 avqustUniversitet müəllimi vəfat edib
Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat və marketinq" kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib. xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Bildirilib ki, 1964-cü ildə Naxçıvanda anadan olan Elşən Nəsirov uzun illər iqtisadiyyat və idarəetmə sahəsində çalışıb. O, müxtəli
10 avqustBal satışında YENİLİK: Bunlar əsas götürülməlidir
Bal məhsullarının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin tənzimlənməsi ilə bağlı yeni qaydaların hazırlanması istehlakçıların diqqətini bu sahəyə yönəldib. Hazırlanan sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən etməklə yanaşı, məhsulun istehsal olunduğu bölgənin adında
11 avqustLalə Şövkətin səhhəti necədir? - Oğlundan açıqlama
Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb. Bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib. O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib:. "Lalə xanım nisbətə
10 avqustPaytaxtda axşam konsertləri keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq
10 avqust