Bu tarixdən kirayə mənzil bazarında qiymətlər BAHALAŞACAQ

Bu tarixdən kirayə mənzil bazarında qiymətlər BAHALAŞACAQSon günlər Bakıda kirayə mənzil bazarında tələbə axınının təsiri ilə canlanma müşahidə olunur. Xüsusilə universitetlərə və metro stansiyalarına yaxın ərazilərdə tələbin artması qiymətlərin yenidən yüksəlməsi ehtimalını gündəmə gətirib. Ekspertlər də ənənəvi olaraq avqustun sonu və sentyabrın əvvəllərini kirayə bazarının ən aktiv dövrü hesab edirlər.

Bəs, hazırda kirayə qiymətləri hansı istiqamətdə dəyişir və avqust-sentyabr aylarında daha ciddi bahalaşma gözlənilirmi?
Bu tarixdən kirayə mənzil bazarında qiymətlər BAHALAŞACAQMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, tələbə axını ilə bağlı kirayə mənzillərin qiymətləri hər il avqust ayında, adətən ayın 15-dən sonra artmağa başlayır. Hazırda ayrı-ayrı mənzillərdə qiymət artımı müşahidə olunsa da, bazarda kütləvi bahalaşma hələ qeydə alınmır.

"Əsas tələbə axınının isə avqustun 15-20-dən sonra başlaması gözlənilir. Bu səbəbdən həmin tarixlərdən sonra kirayə mənzillərə tələbatın artacağı və bunun da qiymətlərə təsir edəcəyi ehtimal olunur. Yəni bu il də tələbələrin Bakıya gəlişi ilə əlaqədar kirayə mənzil bazarında müəyyən qiymət artımının olması gözlənilir. Son illərdə bəzi tələbələr kirayə mənzillərlə bağlı bu problemlə üzləşməmək üçün qaldıqları evləri daha uzun müddətə, hətta yay aylarında belə saxlayırlar. Belə ki, tələbələr tətil müddətində öz evlərinə və ya yaşadıqları bölgələrə getsələr də, növbəti tədris ilində yenidən ev axtarmaq, daha yüksək qiymətlərlə qarşılaşmaq və uyğun mənzil tapmaq problemi yaşamamaq üçün kirayədə qaldıqları mənzili üzərlərində saxlamağa üstünlük verirlər".

Ekspert bildirib ki, bu hal yay aylarında kirayə bazarında boş mənzillərin sayının azalmasına səbəb olur:

"Əvvəlki illərlə müqayisədə bəzi mənzillərin uzun müddətə kirayə verilməsi və tələbələrin mövcud evlərini qoruyub saxlaması bazara çıxarılan mənzillərin sayını azaldır. Nəticədə yeni tədris ili ərəfəsində kirayə ev axtaran tələbələrin qarşısında həm seçim imkanları azalır, həm də tələbatın artması qiymətlərin yüksəlməsinə şərait yaradır. Beləliklə, tələbələrin bir qismi artıq kirayə mənzilləri əvvəlcədən saxlayaraq həm gələcəkdə yarana biləcək qiymət artımından qorunmağa, həm də tədris ili başlayanda ev tapmaq problemi yaşamamağa çalışır. Əsas tələbə axınının avqustun ikinci yarısından etibarən artması ilə bazarda bu tendensiyanın daha qabarıq şəkildə özünü göstərməsi gözlənilir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 576   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr