Əmlak bazarında ziddiyyətli mənzərə

Əmlak bazarında ziddiyyətli mənzərəAzərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.

Palatadan Sonxeber.az-a verilən məlumata görə, nəticələr daşınmaz əmlak bazarında vahid qiymət trendinin formalaşmadığını göstərir.

Bazar üzrə əsas xüsusiyyət qiymət və likvidliyin aktivin təyinatı, lokasiyası, investisiya potensialı və sənədləşmə vəziyyətindən asılı olaraq fərqlənməsidir. İyulda artım, əsasən, torpaq və yeni tikili mənzillərdə, korreksiya isə kommersiya obyektləri, qarajlar və müəyyən icarə seqmentlərində müşahidə olunub.

İyulda ən yüksək qiymət artımı Bakı şəhərinin torpaq bazarında qeydə alınıb. AQP torpaq indeksi aylıq 4 faiz, 2025-ci ilin dekabr baza dövrünə nisbətən isə 22.8 faiz artaraq 122.8 bəndə çatıb.

Median qiymət 16 371.5 AZN/sot, orta qiymət 18 817 AZN/sot, orta çəkili qiymət isə 12 276 AZN/sot təşkil edib.

Orta və median göstəricilər arasındakı fərq premium və kommersiya potensiallı sahələrin bazar qiymətlərinə təsirini, orta çəkili qiymətin aşağı olması isə iri sahələrin daha aşağı vahid qiymətlərlə təklif edilməsini göstərir.

Median satış müddəti 27.9 gün, orta müddət 35.8 gün olub. İlkin elan qiyməti ilə faktiki sövdələşmə arasındakı 10.6 faizlik indikativ diskont isə tələbin yüksək qalmasına baxmayaraq, əməliyyatların müəyyən qiymət güzəşti ilə bağlandığını göstərir.

Yeni tikili mənzillər iyulda satış bazarının ən likvid seqmenti olaraq qalıb. AQP indeksi aylıq 1.7 faiz, baza dövrünə nisbətən 6.5 faiz yüksələrək 106.5 bənd təşkil edib. Median qiymət 2 812.5 AZN/m², orta qiymət 2 851 AZN/m², orta çəkili qiymət isə 2 836 AZN/m² olub. Göstəricilərin bir-birinə yaxınlığı qiymət strukturunun nisbətən sabit olduğunu göstərir.

Median satış müddətinin 20.6 gün olması yüksək likvidliyə, 6.6 faizlik diskont isə alıcı və satıcı gözləntiləri arasındakı qiymət fərqinin nisbətən məhdud qalmasına işarə edir.

Köhnə tikili mənzillərdə qiymət dinamikası daha sabit xarakter alıb. AQP indeksi iyunla müqayisədə 0.2 faiz azalaraq 103.8 bəndə düşsə də, baza dövründən 3.8 faiz yüksəkdir. Median qiymət 2 616.7 AZN/m², orta qiymət 2 627.8 AZN/m², orta çəkili qiymət isə 2 575.4 AZN/m² təşkil edib. Median satış müddəti 26.1 gün, indikativ diskont isə 5.4 faiz olub. Sonuncu göstərici satış bazarında ən aşağı diskont səviyyəsinin bu seqmentdə formalaşdığını göstərir. Bu nəticə hazır infrastruktura və istifadəyə hazır mənzillərə olan tələbin qiymət gözləntilərini nisbətən sabit saxladığını ehtimal etməyə imkan verir.

Fərdi yaşayış evləri üzrə indeks aylıq 3.4 faiz azalaraq 101.1 bənd təşkil edib. Median satış müddəti 33.9 gün, indikativ diskont 8.3 faiz olub. Qiymət dinamikasında elan portfelinin strukturunun, xüsusilə periferik və daha aşağı büdcəli obyektlərin payının dəyişməsinin təsiri nəzərə alınmalıdır.

Kommersiya obyektləri satış bazarında isə ən kəskin korreksiya qeydə alınıb. AQP kommersiya indeksi aylıq 7.5 faiz azalaraq 97 bəndə düşüb. Median qiymət 2 828.6 AZN/m², orta qiymət 3 048.7 AZN/m², orta çəkili qiymət isə 2 220.8 AZN/m² olub. Göstəricilər arasındakı ciddi fərq kommersiya bazarının obyekt ölçüsü, təyinat və lokasiya baxımından yüksək heterogenliyini əks etdirir. İndikativ diskontun 9.8 faizə yüksəlməsi qiymət gözləntiləri ilə faktiki bazar şərtləri arasında fərqin genişləndiyini göstərir.

Qaraj bazarında da oxşar korreksiya müşahidə olunub: AQP indeksi 5.1 faiz azalaraq 105 bənd təşkil edib, diskont isə 12.8 faizlə satış seqmentləri üzrə ən yüksək göstəriciyə çatıb.

İcarə bazarında dinamika seqmentlər üzrə fərqlənib.

Yeni tikili mənzillərin kirayə indeksi aylıq 3.2 faiz azalaraq 97.8 bəndə, median icarə haqqı isə 10.59 AZN/m²-ə düşüb. Median icarəyəvermə müddətinin 23.7 gün olması satış bazarındakı yüksək likvidliklə müqayisədə daha balanslı tələb-təklif şəraitinə işarə edir.

Fərdi yaşayış evlərinin kirayə indeksi 1.8 faiz azalsa da, 109.5 bənddə yüksək olaraq qalıb. Bu dinamikanın yay mövsümündə bağ evləri və premium villaların təklif strukturunda artan çəkisi ilə qismən əlaqəli olması mümkündür.

Kommersiya obyektlərinin icarə indeksi isə 7.4 faiz azalaraq 97.1 bəndə düşüb. Median icarə haqqı 14.81 AZN/m², median icarəyəvermə müddəti 11.3 gün, indikativ diskont isə 10.5 faiz olub. Qısa icarəyəvermə müddəti tələbin mövcudluğunu, yüksək diskont isə müqavilələrin daha çox bazar şərtlərinə uyğunlaşdırılmış qiymətlərlə bağlandığını göstərir.

İyul göstəriciləri daşınmaz əmlak bazarında sistemli və vahid istiqamətli hərəkətdən çox, seqmentlər üzrə fərqli qiymət və likvidlik dinamikasının formalaşdığını göstərir. Torpaq və yeni tikili mənzillər hazırda kapital axınının və tələbin daha güclü olduğu istiqamətlər kimi seçilir. Köhnə tikililərdə qiymət sabitliyi və aşağı diskont, kommersiya və qaraj bazarında isə daha yüksək qiymət çevikliyi diqqət çəkir.

Növbəti aylarda torpaq və yeni tikili mənzil seqmentlərində artım tempinin müəyyən qədər səngiməklə davam etməsi, köhnə tikililərdə isə qiymətlərin, əsasən, mövcud diapazonda qalması daha real ssenari kimi görünür. Kommersiya və qaraj seqmentlərində qiymətlərin faktiki gəlirlilik göstəricilərinə daha həssas olması, fərdi evlərin icarə bazarında isə yay mövsümünün başa çatması ilə təklif strukturunun dəyişməsi gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 346   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr