Bir evdə böyüyən, amma bioloji bacı-qardaş olmayan uşaqlar evlənə bilərmi? - Cəmiyyətdə mübahisə - PSİXOLOQDAN AÇIQLAMA
Müasir cəmiyyətdə ikinci evliliklər fonunda formalaşan ailələrdə fərqli münasibətlər də meydana çıxır. Bəzən əvvəlki nikahdan bir uşağı olan iki insan ailə qurur və tərəflər bir-birinin övladlarını öz övladları kimi qəbul edərək onları eyni ailədə böyüdürlər.
Lakin illər sonra bu uşaqların evlənməsi məsələsi ortaya çıxdıqda, cəmiyyətin yanaşması birmənalı olmur. Bir ailədə böyümələri onların bioloji bacı-qardaş olması anlamına gəlməsə də, bu cür münasibətlər sosial və etik baxımdan müzakirələrə səbəb olur.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, əvvəlcə bu məsələyə əgər hüquqi tərəfdən yanaşmalı olsaq, Azərbaycan ailə məcəlləsində bildiyim qədər bioloji qohum olmayan, sadəcə eyni evdə ögey bacı-qardaş kimi böyüyən şəxslərin nikahı maneə kimi göstərmir. Yəni, iki ayrı valideynin əvvəlki nikahlarından olan, bioloji qohumluğu olmayan uşaqların sonradan evlənməsi Azərbaycanda hüquqi baxımdan mümkündür. Onun sözlərinə görə, uşaqlar yetkin olduqdan sonra bir-birlərinə romantik hisslər bəsləmələri mümkündür: "Bu o deməkdir ki, uşaqlar özlərini hətta ögey bacı-qardaş kimi hiss etməyiblər. Fərqli nikahdan olan uşaqlar bir evdə yaşayıblarsa, bu özü-özlüyündə onların gələcəkdə evlənməsini psixoloji cəhətdən qeyri-mümkün etmir. Başqalarının bunu qəribə və ya günah kimi qiymətləndirməsi, əslində, onların hadisəyə başqa bir çərçivədən yanaşmasından irəli gəlir.
İnsanlar bioloji doğmalıqla sosial olaraq formalaşmış "bacı-qardaş" anlayışını bir-birinə qarışdırırlar və buna görə də məsələ qınaq obyektinə çevrilir. Bu da o deməkdir ki, cəmiyyətin düşüncə və qiymətləndirmə problemi var. Hadisənin mahiyyətinə deyil, ona özlərinin geyindirdiyi məna ilə baxırlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam