Naxçıvanın inkişafı daha sürətlənir

Naxçıvanın inkişafı daha sürətlənirNaxçıvanMuxtar respublikanın inkişafına yönəlmiş uğurlu dövlət siyasəti burada yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin regiona son səfəri bir daha təsdiqlədi ki, ölkəmizin geosiyasi baxımdan strateji ərazisi olan Naxçıvanın tərəqqisi daim dövlətimizin başçısının xüsusi diqqətindədir.

Naxçıvan nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından olduqca mühüm coğrafi mövqeyə malikdir. Beynəlxalq layihələr kontekstində yanaşdıqda, Orta Dəhliz marşrutunun Naxçıvan ərazisindən keçməklə Zəngəzur dəhlizinə çıxması, Şərqdən Qərbə qədər uzanması Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. "Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı olsa da, hazırda onun iqtisadi və strateji potensialının reallaşdırılması üçün yeni imkanlar formalaşıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Naxçıvanın uzunmüddətli izolyasiyasının aradan qaldırılması və onun güclü iqtisadi məkan kimi inkişaf etdirilməsi üçün geniş perspektivlər açıb. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi onun geoiqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Muxtar respublika Azərbaycanın Qərbə açılan mühüm qapısı olmaqla, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından açar həlqələrdən biridir. Naxçıvanın regional və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiyası Azərbaycanın ümumi iqtisadi və geosiyasi imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvana səfəri həm də bu bölgədə qlobal layihələrdən tutmuş dayanıqlı inkişafa qədər bütün proqramların daha da intensivləşəcəyi, yeni inkişaf modellərinin və islahat elementlərinin tətbiqi istiqamətində işlərin davam edəcəyi barədə mühüm mesajdır.

Naxçıvanın güclü iqtisadi və turizm potensialı muxtar respublikanın inkişafında mühüm rol oynayacaq. Həyata keçirilən dövlət siyasəti bölgənin Azərbaycanın mədəni və tarixi incisi kimi dünyaya daha geniş şəkildə tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvana səfərləri zamanı tarixi-mədəni abidələri ziyarət etməsi, burada aparılan bərpa və quruculuq işləri ilə tanış olması muxtar respublikanın qədim sivilizasiya mərkəzi və zəngin irsə malik məkan kimi dəyərini bir daha nümayiş etdirir. Məlumdur ki, Naxçıvan qədim insan məskənlərinə və zəngin tarixi irsə malikdir. Bu irsin qorunması, dünyaya tanıdılması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bütün bu məsələlərə kompleks yanaşdıqda Naxçıvanın strateji əhəmiyyətini bir neçə ana istiqamət üzrə qiymətləndirmək mümkündür. İlk növbədə, siyasi və geosiyasi baxımdan Naxçıvan Azərbaycanın mühüm coğrafiyada yerləşən strateji ərazisidir. Onun Türkiyə və İranla sərhəddə yerləşməsi muxtar respublikaya ölkəmizin regional siyasətində xüsusi çəki qazandırır. İkinci mühüm istiqamət geoiqtisadi və nəqliyyat-kommunikasiya layihələridir. Şərqdən Qərbə uzanan Orta Dəhlizin imkanlarının genişləndirilməsi və fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Naxçıvanın strateji dəyərini daha da artıracaq.

Naxçıvan qədim sivilizasiyaların qovuşduğu, Azərbaycanın zəngin tarixi və mədəni irsinin mühüm hissəsini özündə yaşadan bir məkandır. Bütün bu aspektlər Naxçıvanı Azərbaycanın ən güclü, ən önəmli və xüsusi çəkisi olan bölgələrindən birinə çevirir.

Naxçıvan tarix boyu Azərbaycanın inkişafına və gücünə mühüm töhfələr verib, ölkənin siyasi, iqtisadi və mədəni həyatında özünəməxsus rol oynayıb. Bu baxımdan muxtar respublikanın inkişafı yalnız Naxçıvanın özünün deyil, bütövlükdə Azərbaycanın strateji imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 301   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr