Naxçıvan regional inkişaf strategiyasının mühüm halqasıdır

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqasıdırNaxçıvan regional inkişaf strategiyasının mühüm halqasıdır

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri Muxtar Respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələsini nümayiş etdirən mühüm layihə və təşəbbüslərlə yadda qaldı. Səfər çərçivəsində şəhərsalma, sosial rifah, nəqliyyat, sənaye, energetika, turizm, tarixi-mədəni irsin qorunması və təhlükəsizlik istiqamətlərində görülən işlər təqdim olundu. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişafının vacibliyini, yeni idarəetmə modelinin tətbiqini, Zəngəzur dəhlizinin yaradacağı iqtisadi imkanları və muxtar respublikanın hərtərəfli tərəqqisini vurğuladı. Dövlətimizin başçısı, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu və Naxçıvanın hərbi potensialının daha da gücləndiriləcəyini bildirdi. Bu fikirlər göstərir ki, Naxçıvana yanaşma sadəcə daxili inkişaf çərçivəsi ilə məhdudlaşmır, muxtar respublika daha geniş regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin Naxçıvana da gətirilməsi ərazi idarəçiliyində çevikliyin və səmərəliliyin artırılmasına hesablanıb.

Bu strategiyanın şəhərsalma baxımından əsas dayağı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plandır. Planın qarşıdakı illər üçün şəhərin inkişafını müəyyənləşdirməsi Naxçıvanın təsadüfi və pərakəndə deyil, uzunmüddətli və sistemli şəkildə inkişaf etdiriləcəyini göstərir. Əhalinin artaraq 130 min nəfər proqnozlaşdırılması, yaşayış fondunun genişləndirilməsi, yaşıllıq sahələrinin artırılması və velosiped infrastrukturunun yaradılması şəhərin daha müasir və rahat yaşayış məkanına çevrilməsini hədəfləyir. Baş Planın digər mühüm tərəfi Naxçıvanın tarixi kimliyinin müasir şəhərsalma ilə uzlaşdırılmasıdır. Şəhər mərkəzinin yenilənməsi, Naxçıvançay ətrafında yeni ictimai və rekreasiya məkanlarının yaradılması, yaşıllıqların artırılması şəhərin həm sakinlər, həm də turistlər üçün cəlbediciliyini yüksəldə bilər. Burada əsas məsələ müasir tikinti ilə tarixi şəhər mühitinin balansının qorunmasıdır. 518 mənzillik sosial ev kompleksinin təməlinin qoyulması da mühüm addımdır. Layihənin yalnız yaşayış binalarından ibarət olmaması, burada uşaq bağçası, xidmət obyektləri, yollar, yaşıllıqlar və mühəndis infrastrukturunun nəzərdə tutulması sosial mənzil siyasətinə kompleks yanaşmadan xəbər verir. Bu, yeni yaşayış məhəllələrinin insanların gündəlik ehtiyaclarını nəzərə alan formada qurulmasına imkan verəcək. Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması isə sosial xidmətlərin vətəndaşlara daha əlçatan olması baxımından əhəmiyyətlidir. 164 xidmətin "bir pəncərə" prinsipi ilə təqdim olunması xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün vaxt və resurs itkisinin qarşısını almağa imkan verəcək.
Naxçıvanın gələcək inkişafında iqtisadi amil də xüsusi yer tutur. 310 hektarlıq Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi strukturunda sənayenin rolunun artırılması məqsədi daşıyır. Parkın fəaliyyəti yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu baxımdan sənaye parkı Naxçıvanın yalnız inzibati və istehlak mərkəzi deyil, həm də istehsal məkanı kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək.

Bu iqtisadi strategiyanın ən böyük potensiallarından biri isə nəqliyyat imkanlarıdır. Zəngəzur dəhlizinin reallaşması Naxçıvan üçün tamamilə yeni iqtisadi perspektivlər aça bilər. Energetika sahəsində həyata keçirilən "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyaları Naxçıvanın bərpaolunan enerji potensialının reallaşdırılması baxımından diqqət çəkir. Günəş enerjisinin payının artırılması enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, təbii qaz istehlakının və karbon emissiyalarının azalmasına imkan yaradacaq. Naxçıvanın günəşli iqlimi nəzərə alınarsa, bu sahədə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün də potensial mövcuddur.

Səfər çərçivəsində təqdim olunan layihələrə ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan proses kimi yanaşmaq lazımdır. Baş Plan şəhərsalma çərçivəsini, sosial layihələr insanların yaşayış şəraitini, sənaye parkı iqtisadi bazanı, dəmir yolu və Zəngəzur dəhlizi logistika imkanlarını, Günəş stansiyaları enerji təminatını, tarixi abidələrin bərpası isə mədəni-turizm potensialını formalaşdırır. Bu mənada Prezidentin Naxçıvana səfərinin əsas mesajı Naxçıvanın yeni inkişaf modelinin kompleks xarakter daşımasıdır. Qarşıdakı illərdə muxtar respublikanın həm daha rahat yaşayış məkanına, həm istehsal və investisiya mərkəzinə, həm də mühüm nəqliyyat və turizm qovşağına çevrilməsi üçün əsaslar yaradılır.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 335   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr