Avtomobilini qarajda park edənlərə XƏBƏRDARLIQ - Ciddi TƏHLÜKƏ
Fövqəladə Hallar Nazirliyi (FHN) qarajlarda avtomobillərin park edilməsi ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə yanacaq sistemində sızma və elektrik nasazlığı olan avtomobillərin qapalı məkanlarda saxlanılması ciddi risklər yarada bilər.
Bəs, bu cür nasazlıqlar avtomobildə hansı təhlükələri yaradır, sürücü onları əvvəlcədən hansı əlamətlərdən müəyyən edə bilər və yanğın riskinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən avtomobil eksperti Razil Nağıyev bildirib ki, yanacaq sistemində sızma və ya elektrik nasazlığı olan avtomobillərin qapalı qarajlarda saxlanılması ciddi yanğın və partlayış təhlükəsi yarada bilər.
"Yanacaq sistemində sızma zamanı əsas təhlükə yalnız yanacağın özü deyil, həm də onun buxarlarının qaraj daxilində toplanmasıdır. Xüsusilə qapalı və havalandırması zəif olan qarajlarda risk daha yüksəkdir. Yanacaq sızması ilə elektrik nasazlığının eyni avtomobildə mövcud olması isə təhlükəni daha da artırır. Avtomobil sahibləri belə riskləri əvvəlcədən müəyyən etmək üçün avtomobili qaraja daxil etməzdən əvvəl sadə vizual və texniki yoxlama aparmalıdırlar. Avtomobilin altında yanacaq və ya digər maye izlərinin olması təhlükə əlaməti hesab edilə bilər".
Ekspert bildirib ki, bu əlamətlərdən hər hansı biri aşkar edildikdə avtomobilin qarajda saxlanılması məqsədəuyğun deyil:
"Avtomobil təhlükəsiz ərazidə saxlanılmalı, texniki baxışdan keçirilməli və nasazlıq aradan qaldırıldıqdan sonra qaraja daxil edilməlidir. Bundan əlavə, qarajlarda avtomobillərin park edilməsi zamanı yanğınsöndürmə texnikasının əraziyə maneəsiz daxil olmasını təmin etmək, keçid yollarını bağlamamaq və avtomobillər arasında təhlükəsiz məsafəni qorumaq vacibdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1000 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr