Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq
Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil.
Sonxeber.az xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər.
Mütəxəssislərə görə, adi şəraitdə zibil torbasını bir həftədən çox saxlamamaq, içərisində qida qalıqları, meyvə-tərəvəz qabıqları varsa, 2-3 gündən bir çıxarmaq daha məqsədəuyğundur.
Havalar çox isti olduqda isə müddəti daha da qısaltmaq lazımdır. Ət, balıq və digər tez xarab olan qidaların qalıqları varsa, zibilin hər gün çıxarılması tövsiyə olunur.
Mətbəx zibil qutusunun özünü də təxminən həftədə bir dəfə yumaq məsləhətdir. Mütəxəssislər xəbərdarlıq edir ki, xlorlu ağardıcı ilə sirkəni qarışdırmaq olmaz - bu zaman tənəffüs yolları üçün zəhərli qaz yarana bilər.(medicina)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 617 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabr