Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklər

Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklərAşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar.

Qaynarinfo xəbər verir ki, göyə baxarkən kosmik texnologiyanın möhtəşəm inkişafının şahidi oluruq. Lakin medalın digər üzündə planetimizi gözləyən səssiz təhlükə də getdikcə böyüyür. İstismar müddətini başa vuran süni peyklərin atmosferə daxil olaraq yanması düşünüldüyünün əksinə, zərərsiz şəkildə yox olması ilə nəticələnmir.

Yanan metallar atmosferin yuxarı qatlarında toplanaraq iqlimə və ozon təbəqəsinə hələ tam müəyyənləşdirilməmiş təsirlər göstərə bilər. İllərdir tətbiq olunan qeyri-rəsmi qaydalara əsasən, Aşağı Yer orbitindəki peyklər ən gec 25 il ərzində orbitdən çıxarılmalı idi. Lakin buraxılan peyklərin sayının kəskin artması bu prosesi nəzarətdən çıxarıb.

Son məlumatlara görə, orbitdə əsas hissəsini "Starlink" peyklərinin təşkil etdiyi təxminən 14 min aktiv peyk var. Üstəlik, 1 milyondan çox yeni kosmik aparatın buraxılması ilə bağlı planlar artıq hazırlanıb. ABŞ Hökumətinin Hesabatlılıq Ofisi 2040-cı ilədək bu sayın 60 mini keçəcəyini proqnozlaşdırır.

Adətən təxminən 5 illik istismar müddətinə malik olan bu peyklər kütləvi şəkildə atmosferdə yanacaq və hər gün atmosferə tonlarla kimyəvi toz buraxacaq.

Adi peyklərin istehsalında əsas komponent kimi alüminiumdan istifadə olunur. Aparatlar atmosferlə sürtünərək alovlandıqda alüminium tamamilə yox olmur, "alümina" adlanan mikroskopik aerozol hissəciklərinə çevrilir.

İllərlə stratosferdə asılı qala bilən bu hissəciklərin planetə təsirini anlamaq üçün alimlər intensiv araşdırmalar aparırlar.

"Journal of Geophysical Research: Atmospheres" jurnalında 2025-ci ildə dərc olunan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Toplanan böyük miqdarda alüminanın qütb küləklərinin sürətini dəyişə və ya mezosferin müəyyən ərazilərində temperaturun artmasına səbəb ola biləcəyi müəyyən edilib.

Əsasən okeanlara və ya yaşayış olmayan ərazilərə düşəcəyi düşünülən peyklərin yaratdığı bu toz buludu ozon təbəqəsi və iqlim tarazlığı baxımından ciddi qeyri-müəyyənlik yaradır.

Baş verənlər ağacdan hazırlanan peyk layihələri kimi ekoloji cəhətdən daha təhlükəsiz texnologiyalara nə qədər təcili ehtiyac olduğunu bir daha göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 640   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi

Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr
.

Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin yeni biometrik pasportlarında doğum yeri kimi "Azərbaycan"ın göstərilməsi barədə danışıb. xəbər verir ki, Paşinyan brifinqdə bu məsələdə Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarının əsas götürülməli olduğunu bildirib

26 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub

Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav

28 noyabr
.

İran MDB-yə qoşulacaq

Müstəqil Dövlətlər Birliyi (MDB) İrana tərəfdaş statusu verməyə hazırlaşır. xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev TASS-a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, söhbət "MDB+" formatında əməkdaşlıqdan gedir. İran prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistand

27 noyabr
.

İsveçin baş naziri Aİ sammitində büdcə ilə bağlı ciddi mübahisə gözləyir

İsveçin müvəqqəti baş naziri Ulf Kristersson Avropa İttifaqının yeddiillik büdcəsi ilə bağlı növbədənkənar sammitdə ciddi mübahisələrin yaşanacağını gözləyir. xəbər verir ki, Kristersson Brüsseldə keçirilən görüşə gələrkən büdcə layihəsində xərclərin həddindən artıq çox olduğunu bildirib. Onun sözlərin

26 noyabr
.

Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfər

27 noyabr
.

İran Hörmüz boğazına nəzarəti əlində saxladığını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ölkənin operativ nəzarəti altında olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayinin sözlərinə görə, stratej

28 noyabr
.

Putin G20 sammitinə gələ bilər - Tramp

Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident

27 noyabr
.

Türkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir

Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni

27 noyabr