Naxçıvanda enerji istehsalının imkanları genişlənir

Naxçıvanda enerji istehsalının imkanları genişlənirAzərbaycan regionda karbohidrogenlər baxımından aparıcı rola malikdir. Eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında da fəal oyunçulardandır. Ona görə Naxçıvanda günəş və külək elektrik stansiyalarının fəaliyyəti, bu istiqamətdə görülən işlər və Azərbaycanda bərpa olunan enerjinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın enerji hasilatı baxımından aktiv fəaliyyətini göstərir.

Azərbaycan ekologiyanın və ətraf mühitin qorunması istiqamətində də əməli addımlarını nümayiş etdirir. Çünki Azərbaycan ətraf mühitin qorunması, ekologiyanın və bioloji müxtəlifliyin saxlanılması istiqamətində də fəal iştirakçılardandır. 2019-cu ildən bu yana yaşıl enerjinin inkişafı istiqamətində atılan addımlar da bu baxımdan önəmli sayılır. Naxçıvan bölgəsi uzun müddət enerji baxımından müəyyən çətinliklər yaşayıb. Bu çətinliklər tədricən müxtəlif layihələrin həyata keçirilməsi ilə aradan qaldırılmaqdadır.

Son illər Naxçıvanda görülən işlər bölgənin əhəmiyyətini, o cümlədən regional əhəmiyyətini artırır. Gələcəkdə Naxçıvan təkcə Cənubi Qafqazın deyil, həm də beynəlxalq və qlobal miqyasda öz əhəmiyyətini artıracaq. Xüsusilə Zəngəzur layihəsi fəaliyyətə keçdikdən və istifadəyə verildikdən sonra bu əhəmiyyət daha da güclənəcək.
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bölgədə nəzərdə tutulan işlərlə bağlı Azərbaycan Televiziyasına müsahibə verib.
AzTV-yə müsahibəsində ölkə başçısı bu gün Azərbaycanın regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkə olduğunu bildirib. "Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin", - deyə dövlətimizin başçısı vurğulayıb.
Hazırda Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Artıq Naxçıvanda yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyi 600 hektardan çox ərazi müəyyən edilib. "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik", - deyə dövlətimizin başçısı qeyd edib.
Bu baxımdan Naxçıvanın bütün istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi məsələsində inkişafı rəsmi Bakı üçün strateji əhəmiyyət daşıyır. Naxçıvan əvvəllər enerji məsələlərində müəyyən asılılıqlara malik idi. Yeni layihələrin işə düşməsi və gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsi Naxçıvanın həm enerji istehsal edən bölgəyə, həm də enerji daşıyıcısı və enerji qovşağına çevrilməsi imkanlarını artırır.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 296   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr