Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur
Uzun illər Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafının, nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsinin və strateji əhəmiyyətinin daha da artdığı yeni mərhələyə qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri çərçivəsində açılışı olan və təməli qoyulan obyektlər muxtar respublikanın sosial-iqtisadi inkişafına, infrastruktur imkanlarının genişləndirilməsinə və əhalinin rifahının daha da yüksəldilməsinə hesablanıb.
Bu layihələr muxtar respublikanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, onun nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və regional əhəmiyyətinin artırılması baxımından da yeni perspektivlər yaradır. Həmin layihələr yalnız bu günün ehtiyaclarının qarşılanmasına deyil, həm də Naxçıvanın uzunmüddətli və dayanıqlı inkişafına, əhalinin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, investisiya imkanlarının genişləndirilməsinə və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.
Dövlətimizin başçısı Naxçıvan əhalisinin sosial-iqtisadi vəziyyətini daim diqqətdə saxlayıb. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yaxın gələcəkdə yüzlərlə iş yerinin açılmasına və ümumi iqtisadi inkişafa verilən böyük töhfə olacaq.
Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Sənaye Parkı rezidentlərə hazır infrastruktur və güzəştlər hesabına yeni istehsal sahələrinin qurulmasına, investisiyaların cəlbinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.
Sənaye Parkının yaradılması Naxçıvanda istehsal imkanlarının genişləndirilməsi və yeni iqtisadi dəyər zəncirlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihənin reallaşdırılması yerli xammal və resurslardan daha səmərəli istifadə etməyə, yeni müəssisələrin fəaliyyətə başlamasına və məşğulluğun artırılmasına imkan verəcək. Bu isə öz növbəsində Naxçıvanın iqtisadi fəallığının yüksəlməsinə və muxtar respublikanın investisiya baxımından cəlbediciliyinin daha da artmasına şərait yaradacaq.
Naxçıvanda enerji sektorunda həyata keçirilən layihələr muxtar respublikanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın dayanıqlı inkişafının və iqtisadi təhlükəsizliyinin strateji dayaqlarından biri enerji təminatının şaxələndirilməsi və müasir enerji infrastrukturunun formalaşdırılmasıdır. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.
Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi həm enerji təminatının dayanıqlılığını artıracaq, həm də Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılmasına imkan verəcək. Bu layihələr iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin enerji təminatı və ətraf mühitin qorunması baxımından da mühüm nəticələr vəd edir.
Nəqliyyat infrastrukturunun inkişafı Naxçıvanın iqtisadi potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu bağlantısının bərpası və müasir nəqliyyat infrastrukturunun yaradılması yük və sərnişin daşımalarının daha səmərəli təşkilinə, regionun logistika imkanlarının genişlənməsinə şərait yaradacaq.
Eyni zamanda, yeni nəqliyyat bağlantıları Naxçıvanın tranzit imkanlarını artırmaqla onun regional iqtisadi əlaqələrdə mövqeyini daha da gücləndirəcək. Bu layihələrin reallaşdırılması sahibkarlıq fəaliyyəti, turizm və ticarətin inkişafına, yeni investisiyaların cəlb olunmasına əlavə imkanlar yaradacaq. Beləliklə, nəqliyyat sahəsində görülən işlər Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafının mühüm dayaqlarından birinə çevriləcək.
Naxçıvanda şəhər nəqliyyatının müasirləşdirilməsi və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni elektrik mühərrikli avtobusların istifadəyə verilməsi sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, ictimai nəqliyyatın yenilənməsinə və ətraf mühitə mənfi təsirin azaldılmasına xidmət edəcək. Bu addım muxtar respublikada müasir və ekoloji cəhətdən daha təmiz nəqliyyat sisteminin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəfər çərçivəsində Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıblar. "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik "BYD" markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.
2023-cü ildən indiyədək Naxçıvan Muxtar Respublikasında ümumilikdə 183,6 kilometr uzunluğunda avtomobil yolu əsaslı təmir edilib. Bu göstərici Naxçıvanda yol infrastrukturunun yenilənməsi istiqamətində son illərdə mühüm işlər görüldüyünü göstərir. Avtomobil yollarının əsaslı təmiri nəqliyyatın rahatlığını və təhlükəsizliyini artırmaqla yanaşı, muxtar respublikanın sosial-iqtisadi inkişafına da müsbət təsir edir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA
Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bunu etməlisiniz
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi
Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu (TƏFƏRRÜAT/FOTO)
5 740 namizəd müsahibəyə dəvət olunub: Məktəblərdə müəllim çatışmazlığı aradan qalxıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması
Sabah da yağış yağacaq
Cövdət aktrisa xanımı ilə - Foto
Ermənistan vətəndaşları bu ölkədən deportasiya edilir