Naxçıvanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir

Naxçıvanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridirAvqustun 11-də qədim Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfəri muxtar respublika sakinləri üçün ilin ən əlamətdar hadisələrindən biri oldu. Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və müəyyən etdiyi inkişaf strategiyası əsasında sistemli tərəqqi yolu keçərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ağır sosial-iqtisadi çətinliklərin yaşandığı həmin dövrdə Naxçıvanın inkişafının əsasını qoyan Heydər Əliyev siyasi xətti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi.

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Muxtar respublikada genişmiqyaslı quruculuq işlərinin aparılması, infrastrukturun yenilənməsi, yeni müəssisələrin yaradılması və sosial layihələrin həyata keçirilməsi bu diqqətin konkret nəticələridir. Prezident İlham Əliyevin səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni layihələrin reallaşdırılması və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu öndərin abidəsinin açılışı ilə başlayan səfər çərçivəsində həyata keçirilən işlərlə tanışlıq, yeni obyekt və müəssisələrin fəaliyyəti ilə bağlı təqdimatlar Naxçıvanın inkişaf dinamikasını nümayiş etdirdi. Səfərin mühüm məqamlarından biri Prezident İlham Əliyevin dövlət televiziyasına müsahibəsi oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişaf perspektivlərinə dair istiqamətləri müəyyənləşdirməklə yanaşı Azərbaycanın siyasi, iqtisadi və strateji gündəliyinə dair əhəmiyyətli mesajlarla yadda qaldı.

Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən layihələrə və qarşıdakı hədəflərə toxunaraq muxtar respublikanın təhlükəsizliyi, iqtisadi gücünün artırılması, enerji təminatı, sənaye potensialının genişləndirilməsi və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışdı. Prezident Naxçıvanın gələcək inkişafının Azərbaycanın dövlət siyasətinin ardıcıl və uzunmüddətli xətti üzrə davam etdiriləcəyini bildirməklə bir daha göstərdi ki, illər əvvəl müəyyənləşdirilən inkişaf strategiyası bu gün real nəticələr və yeni layihələrlə davam etdirilir. 

Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma ilə layihənin icrasına start verilib. Azərbaycan ərazisində Horadiz-Ağbənd avtomobil və dəmir yolu layihələrinin, Naxçıvan istiqamətində isə dəmir yolunun bərpası üzrə işlərin aparılması Zəngəzur dəhlizinin formalaşması üçün real infrastruktur bazası yaradır. Prezidentin açıqlamaları Naxçıvanın gələcəkdə regional nəqliyyat bağlantılarında daha fəal mövqe tutacağına dair aydın siyasi mesaj oldu. Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev artıq əsas hədəfin enerji imkanlarının genişləndirilməsi olduğunu diqqətə çatdırdı. Dövlət başçısının "artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq" fikri isə görülən işlərin növbəti mərhələsini və düzgün iqtisadi siyasətin real nəticəsini ifadə etdi. Qeyd olunanlarla yanaşı ölkəmizin başçısı Naxçıvana dəmir yolu bağlantısının bərpasında beynəlxalq tərəfdaşlığın mümkünlüyünü vurğulayaraq bildirdi ki, nəzarət paketinin Azərbaycan dövlətində qalması şərtilə beynəlxalq konsorsiumun yaradılması nəzərdən keçirilə bilər. Belə bir əməkdaşlıq modelinin reallaşması bütövlükdə regionun nəqliyyat imkanlarının genişlənməsi və yeni bağlantıların formalaşması baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikada görülən işlərin və yeni layihələrin təqdimatı ilə yanaşı qarşıdakı dövr üçün mühüm mesajlarla yadda qaldı. Səsləndirilən fikirlər Naxçıvanın gələcək inkişafına dair prioritetləri, yeni imkanları və qarşıda duran strateji istiqamətləri ortaya qoydu. Bir sözlə, Naxçıvan Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı böyük hədəflərə doğru inamla irəliləyir.

Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 290   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr