"Naxçıvan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən inkişaf konsepsiyasına uyğun şəkildə yenidən qurulur" - AÇIQLAMA

"Naxçıvan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən inkişaf konsepsiyasına uyğun şəkildə yenidən qurulur" - AÇIQLAMAAqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər edib.Bu, dövlət başçısının prezident kimi Naxçıvana 17-ci səfəri idi.Səfər çərçivəsində bir sıra mühüm açılış və təməlqoyma mərasimləri keçirilib.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Azər Badamov səfərin detalları barədə öz fikirlərini bölüşüb.

O qeyd edib ki, 12 avqustda dövlət başçımızın imzaladığı sərəncamla Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılan 258 milyon manat vəsait muxtar respublikanın inkişafına və insanların rahat, firavan həyatının təmin olunmasına mühüm töhfə verəcək:

"11 avqustda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına etdiyi 17-ci səfərin proqramı çox zəngin olub. Dövlət başçımız səfər çərçivəsində 50 meqavat gücündə olacaq "Şəms-1" və "Qərbi Üfüq" Günəş Elektrik Stansiyalarında aparılan tikinti işləri ilə tanış olub. Naxçıvanın 500-1000 meqavat günəş enerjisi potensialına malik olduğu qiymətləndirilir. Gələcəkdə isə 100 meqavat gücündə enerji saxlanc yarımstansiyasının inşası nəzərdə tutulur. Bu stansiya 26 min ton karbon emissiyasının qarşısını almaqla 12 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək
Prezident İlham Əliyevin təməlini qoyduğu Naxçıvan Sənaye Parkının 310 hektar ərazidə tikilməsi nəzərdə tutulur. Park müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsulların istehsalına, sahibkarlığın dəstəklənməsinə, qeyri-neft sektorunun inkişafına və məşğulluq məsələlərinin həllinə imkan yaradacaq. Ümumiyyətlə, ölkədə istifadəyə verilmiş 8 sənaye parkında 21,4 milyard manatlıq məhsul istehsal olunub, o cümlədən 7,1 milyard manatlıq məhsul ixrac edilib və 11 500 daimi iş yeri yaradılıb. Respublikada böyüklüyünə görə ikinci olacaq Naxçıvan Sənaye Parkı ölkəmizin qeyri-neft sektorunda istehsalın və ixracın artırılmasında əhəmiyyətli rol oynayacaq".

Deputat hesab edir ki, yenidən qurulub bərpa olunan 194 kilometr uzunluğunda dəmir yolunun Zəngəzur dəhlizinə birləşdirilməsi Naxçıvanı mühüm tranzit nəqliyyat və logistika mərkəzinə çevirəcək. Bu isə Naxçıvana əlavə gəlirlərin gətirilməsinə və yeni iş yerlərinin açılmasına ciddi töhfə verəcək:

"Dövlət başçımız elektrik avtobusları və dəmir yolunda aparılan yenidənqurma işləri ilə də tanış olub. Belə ki, Naxçıvanın avtobus parkının BYD markalı elektrik avtobuslarla əvəzlənməsi sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına imkan verəcək".

Azər Badamov eyni zamanda xüsusi olaraq vurğulayıb ki, Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan Komando hərbi hissələri Naxçıvanın təhlükəsizliyini etibarlı şəkildə qoruyacaq. Ali Baş Komandanın yeni yaradılan komando hərbi hissələrinə döyüş bayraqlarını təqdim etməsi orduda vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsinə xidmət edir.
"Naxçıvanda açılışı olan DOST Mərkəzi əhaliyə 164 sosial xidmətin şəffaf və müasir şəkildə təqdim olunmasını təmin edəcək. Dövlət başçımızın təməlini qoyduğu Naxçıvan Mehmanxana Kompleksi də muxtar respublikanın turizm sektorunun inkişafına töhfə verəcək. Beşulduzlu olacaq bu hotel qonaqlara yüksək səviyyəli turizm xidmətləri təqdim edəcək".

"Naxçıvan şəhərinin 2044-cü ilədək yenidən qurulmasını nəzərdə tutan Baş Plan hazırlanıb. Dövlət başçımız şəhərin inkişafı ilə bağlı dəyərli tapşırıqlarını verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə Xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Daha sonra "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Bu, dövlətimizin tarixinə, mədəniyyətinə və tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihələr, eyni zamanda, onların fəaliyyətinin və zəngin irsinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdir.

Naxçıvanda təməli qoyulan sosial evlər layihəsi muxtar respublikada mənzil probleminin güzəştli şərtlərlə həll olunmasına töhfə verəcək. Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılan vəsait həmçinin Naxçıvanda yolların, məktəblərin, universitet yataqxanasının və çoxmənzilli binaların yenidən qurulmasına və əsaslı təmirinə yönəldiləcək. Eyni zamanda, içməli və suvarma suyu məsələlərinin müasirləşdirilməsi, su elektrik stansiyalarının inşası və bir sıra digər yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.
Bu, Naxçıvana investisiyaların sürətlə axmasına, yeni istehsal müəssisələrinin və iş yerlərinin yaranmasına, insanların həyat şəraitinin müasir standartlara uyğunlaşdırılmasına geniş imkanlar yaradacaq.
Həmçinin, Zəngəzur dəhlizinin açılması Naxçıvanın Şərqi Zəngəzurla birləşməsinə, bu marşrut üzrə ilkin mərhələdə 15 milyon ton yükün daşınmasına, enerji və rəqəmsal dəhlizlərin formalaşmasına yol açacaq. Nəticədə Naxçıvan Azərbaycanın strateji əhəmiyyətə malik ərazisi kimi Asiya ilə Avropa arasında yaradılan körpünün mühüm hissəsinə çevrilməklə, geoiqtisadi və geosiyasi baxımdan əhəmiyyətli region statusunu daha da möhkəmləndirəcək" deyə milllət vəkili fikrini yekunlaşdırıb.

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 424   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr