Onlayn alış-veriş zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ - AÇIQLAMA

Onlayn alış-veriş zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ - AÇIQLAMAOnlayn alış-verişin geniş yayılması ilə yanaşı, saxta satış platformaları və fişinq üsulları vasitəsilə vətəndaşların bank kartı və şəxsi məlumatlarının ələ keçirilməsi riski də artır. Xüsusilə sosial şəbəkələrdə cəlbedici qiymətlərlə təqdim olunan saxta elanlar, naməlum keçidlər və ödəniş zamanı tələb edilən həddindən artıq məlumatlar əsas təhlükələr sırasında göstərilir. Elektron Təhlükəsizlik Xidməti də kart məlumatları, CVV/CVC və birdəfəlik təsdiq kodlarının üçüncü şəxslərlə paylaşılmamasını, şübhəli keçidlərdən istifadə edilməməsini və saytların domen adlarının diqqətlə yoxlanılmasını tövsiyə edir.

Bəs, vətəndaşlar onlayn alış-veriş zamanı bank kartı və şəxsi məlumatlarını qorumaq üçün hansı təhlükəsizlik qaydalarına əməl etməli, saxta satış platformalarını hansı əlamətlərə əsasən müəyyənləşdirməlidirlər?
Onlayn alış-veriş zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov bildirib ki, fişinq saytlarında, saxta səhifələrdə kart məlumatlarının oğurlanması klassik hallardan biridir.

"Onlayn alış-veriş zamanı mümkün qədər rəsmi saytlardan və tətbiqlərdən istifadə etmək lazımdır. Məsələn, Trendyol kimi platformalarda alış-veriş edərkən reklamda verilən linkə birbaşa daxil olmaq əvəzinə, mağazanın öz profilinə və səhifəsinə baxmaq lazımdır. Saytın domenini hərf-hərf yoxlamaq vacibdir. Məsələn, tanınmış brendin adına bir hərf əlavə edilir və ya bir hərf çıxarılır, dizayn isə olduğu kimi saxlanılır. Beləliklə, saxta fişinq saytı yaradılır. Məsələn, tanışlıq saytında bir qızla tanış olursunuz və sizə bilet almaq üçün bir link göndərilir. Həmin link tanınmış bilet saytının demək olar ki, eynisi ola bilər. Sadəcə bir hərf fərqlənir, dizayn isə tamamilə eyni olur. Bəzən orfoqrafik səhvlər də saxta saytı müəyyənləşdirməyə kömək edə bilər".

Ekspert bildirib ki, saytın HTTPS protokolundan istifadə etməsinə də diqqət yetirmək lazımdır:

"Amma burada da bir məqam var: saytda kilid işarəsinin olması təkbaşına onun etibarlı olduğunu göstərmir. Çünki saxta saytlar da HTTPS-dən istifadə edə bilər. Kartın arxasındakı üç rəqəm - CVV, PIN, internet bankçılıq şifrəsi və SMS-lə göndərilən təsdiq kodu kimi məlumatlar heç bir halda paylaşılmamalıdır. Bununla yanaşı, bank tətbiqində əməliyyatlarla bağlı bildirişləri aktivləşdirmək lazımdır. İnternet ödənişləri üçün limitləri ehtiyaca uyğun müəyyənləşdirmək, mümkün qədər aşağı saxlamaq və zərurət yarandıqda artırmaq olar".

Onun sözlərinə görə, əlavə autentifikasiya üsullarından, məsələn, 3D Secure kimi təhlükəsizlik sistemlərindən də istifadə etmək mümkündür:

"Fişinq və saxta satış səhifələrində insanları tələsdirmək üçün qeyri-real mesajlardan da istifadə olunur. Məsələn, "yalnız 5 dəqiqə qalıb", "yalnız bir məhsul qalıb", "sonuncu məhsuldur" kimi ifadələrlə istifadəçiyə təzyiq göstərilir. Bəzən isə məhsul almaq və ya ödəniş etmək üçün birbaşa link göndərilir və kart məlumatlarının həmin səhifədə daxil edilməsi tələb olunur. Belə hallarda linkə daxil olmadan əvvəl onun etibarlılığını yoxlamaq və kart məlumatlarını tanımadığınız saytlarda paylaşmamaq lazımdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 513   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr