İnflyasiya ARTACAQ: Ərzaq qiymətləri BAHALAŞACAQ
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Xüsusilə ərzaq məhsullarında qiymət artımının daha yüksək olması istehlakçıların gündəlik xərclərinə birbaşa təsir göstərir.
Bəs, qiymət artımının əsas səbəbləri nələrdir, daha çox bahalaşan sahələrdə bu tendensiyanın qarşıdakı aylarda davam etməsi gözlənilirmi və qiymət artımının qarşısını almaq üçün hansı amillər nəzərə alınmalıdır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, inflyasiyanın daha da sürətlənərək 6 faizin üzərinə qalxacağını gözləyir:
"Əvvəlki proqnozlar inflyasiyanın 6 faizdən aşağı olacağı ilə bağlı idi. İndi isə Mərkəzi Bankın revizə edilmiş proqnozlarına görə, inflyasiyanın 6,1 faizə qədər yüksələcəyi gözlənilir. Yəni inflyasiya artacaq. Bunun əsas səbəbləri həm ölkədaxili, həm də ölkəxarici amillərlə bağlıdır. Əsas amillərdən biri idxaldır. İdxal qiymətləri artır və bu da idxal inflyasiyası vasitəsilə ölkə daxilində qiymətlərə təsir göstərir".
Ekspert bildirib ki, əsas səbəb Tarif Şurasının müvafiq qərarlarıdır:
"Son iki ildə enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artması nəticə etibarilə həm daşınma, həm də istehsal xərclərini artırır. Bununla yanaşı, insanların əməkhaqları da artır. Məsələn, bu il əməkhaqları əvvəlki illə müqayisədə 7 faizdən bir qədər çox, ondan əvvəlki il isə 9 faiz artıb. Bunların hamısı istehsal və daşınma xərclərini artırır və nəticə etibarilə qiymətlərin yüksəlməsinə təsir göstərir".
Onun sözlərinə görə, qiymət artımı davam edəcək:
"Çünki dünyada proseslər hələ də sabitləşmir. Qara dənizdə, Hörmüz boğazında və müəyyən vaxtlarda Qırmızı dənizdə gərginlik var. Eyni zamanda, enerji qiymətləri də yüksəkdir. Ona görə qiymətlərin aşağı düşəcəyini gözləmirəm. İdxal inflyasiyası vasitəsilə qiymət artımının davam edəcəyini düşünürəm".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrBu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin
29 sentyabrAzərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26 sentyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabr