60 yaşdan yuxarı şəxslər bu səbəbdən BOŞANIR - AÇIQLAMA
Azərbaycanda son illərdə boşanmaların ümumi sayının artması ilə yanaşı, daha yaşlı şəxslər arasında da nikahların pozulması halları diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatlarında boşanmaların yaş qrupları üzrə ayrıca izlənildiyi və 2025-ci il üzrə də bu göstəricilərin təqdim edildiyi görünür.
Bəs, 60 yaşdan yuxarı şəxslərin daha gec yaşlarda boşanmaq qərarına gəlməsinə hansı sosial, ailəvi və psixoloji amillər təsir edir və bu tendensiyanın arxasında hansı səbəblər dayanır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, əvvəllər yaş göstəricilərinə görə boşanma halları daha çox gənclər arasında və ya 35-40 yaş aralığında müşahidə edilirdi. Ancaq son dövrlərdə hətta 50-dən yuxarı, bəzi hallarda isə 60-dan yuxarı yaşlarda da boşanma hallarına rast gəlinir.
"Bunu yalnız sosial amillərlə əlaqələndirmək olmaz. Daha çox insanların həyat tərzi və dünyagörüşü, onlayn və xüsusilə sosial şəbəkələrdən istifadə, həmçinin həyat tərzinin müəyyən yaş aralığında kəskin şəkildə dəyişməsi ilə əlaqələndirmək olar. Çox zaman müasirləşmə və modernləşmə istəyi gənclər arasında ziddiyyətlər yaratdığı kimi, insanın dünyagörüşü və həyat tərzinin ailə mühitində birtərəfli şəkildə dəyişməsi və ya yeni həyata uyğunlaşması da ailədaxili ziddiyyətlərə səbəb ola bilər. Bu proses birtərəfli və harmonik getmədikdə, tərəflər arasında fikir ayrılıqları yaranır".
Sosioloq bildirib ki, ailə münasibətləri həm də kişi və qadının sosiallaşdığı bir institutdur:
"Bu sosiallaşma istənilən yaş həddində pozula bilər. Sosiallaşma bir tərəfdən cəmiyyətdə insanlar və fərdlər arasında, digər tərəfdən isə ailə daxilində, uşaqlar və valideynlər arasında baş verir. Qeyd etdiyimiz yaş qrupunda boşanmaların səbəblərindən biri də tərəflərdən hər hansı birinin - kişinin və ya qadının - sosiallaşma baxımından digərindən kəskin şəkildə fərqlənməsidir".
Onun sözlərinə görə, dünyagörüşü, həyat tərzi, həyata baxış və bir-birinə münasibətdə yaranan kəskin ziddiyyətlər ailədaxili sosiallaşmada problemlərə səbəb olur:
"Bu da tərəflərin bir yerdə yaşamasını və rahat həyat sürməsini çətinləşdirir. Nəticədə, tərəflər arasında yaranan mübahisə və konfliktlər fonunda onlar boşanma qərarına gələ bilirlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA
Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi
5 740 namizəd müsahibəyə dəvət olunub: Məktəblərdə müəllim çatışmazlığı aradan qalxıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO
Cövdət aktrisa xanımı ilə - Foto
II qrupda bu universitetlər təhsil haqlarını artırdı (TAM SİYAHI)
Bir evdə böyüyən, amma bioloji bacı-qardaş olmayan uşaqlar evlənə bilərmi? - Cəmiyyətdə mübahisə - PSİXOLOQDAN AÇIQLAMA
İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
"Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz" - Faiq Sücəddinov
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar"
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO
Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar