Naxçıvanın yeni inkişaf mərhələsi

Naxçıvanın yeni inkişaf mərhələsiAzərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf modelinin əsas istiqamətlərini bütöv şəkildə ortaya qoyan mühüm siyasi və strateji mesajlarla zəngindir. Müsahibədə səsləndirilən fikirlərdən aydın görünür ki, Naxçıvana münasibətdə əsas yanaşma yalnız mövcud problemlərin həlli ilə məhdudlaşmır. Qarşıdakı dövrdə muxtar respublikanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları, sənaye bazası, kənd təsərrüfatı, turizm və mədəni irsi vahid inkişaf konsepsiyası çərçivəsində daha yüksək mərhələyə qaldırılacaq. Prezidentin vurğuladığı kimi, artıq diqqət yalnız enerji ilə təmin olunmağa deyil, Naxçıvanın enerji ixrac edən əraziyə çevrilməsinə, yalnız nəqliyyat probleminin aradan qaldırılmasına deyil, Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsinə yönəlib.

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri də təsadüfi səfər deyil. Ölkə rəhbərinin özünün bildirdiyi kimi, hər səfər konkret nəticələr və yeni qərarlarla müşayiət olunur. Bu baxımdan 11 avqust səfərinin əsas xüsusiyyəti Naxçıvanda həyata keçirilən işlərin qiymətləndirilməsi ilə yanaşı, bundan sonrakı mərhələ üçün strateji hədəflərin müəyyənləşdirilməsi oldu. Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyi xüsusi vurğulandı. Bu fikir faktiki olaraq göstərir ki, region üçün yeni inkişaf mərhələsi başlayır və burada görülən işlər ayrı-ayrı layihələr deyil, bir-birini tamamlayan böyük iqtisadi və sosial transformasiyanın hissələridir.

Bu inkişaf strategiyasının başlanğıc nöqtəsi təhlükəsizlikdir. Naxçıvanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi yanaşmanı zəruri edir. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması onun strateji əhəmiyyətini artırır. Məhz buna görə Naxçıvanda hərbi potensialın daim gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim edilir. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyasını göstərir. Prezidentin fikrincə, Azərbaycan Silahlı Qüvvələri bu gün bölgədə söz sahibidir və Naxçıvanda hərbi potensialın daha da gücləndirilməsi davam etdiriləcək.

Burada diqqətçəkən məsələ təhlükəsizlik anlayışının yalnız hərbi çərçivədə təqdim edilməməsidir. Müsahibədə enerji təhlükəsizliyi də fiziki təhlükəsizlikdən sonra ikinci mühüm amil kimi xarakterizə olunur. Bu, müasir dövlətçilik baxımından olduqca vacib yanaşmadır. Çünki müasir dünyada enerji təminatının sabitliyi iqtisadi inkişafın, sosial rifahın, sənaye istehsalının və milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Naxçıvanın qazlaşdırılmasının 100 faizə çatdırılması, yeni elektrik stansiyalarının yaradılması, bərpaolunan enerji layihələrinin genişləndirilməsi və enerji ixracı imkanlarının formalaşdırılması bu siyasətin praktiki nəticələridir.
Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da yeni iqtisadi modelin mühüm komponentidir. Prezidentin qeyd etdiyi kimi, Naxçıvan Sənaye Parkı ərazi baxımından Azərbaycanda Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olacaq. Bu, muxtar respublikanın iqtisadi gələcəyinə verilən yüksək siyasi və iqtisadi qiymətin göstəricisidir. Sənaye parkının əhəmiyyəti yalnız yeni müəssisələrin yaradılması ilə məhdudlaşmır. Burada əsas məsələ istehsal imkanlarının genişləndirilməsi, iş yerlərinin artırılması, özəl investisiyaların cəlb olunması və Naxçıvanın daxili iqtisadi strukturunun daha dayanıqlı əsaslar üzərində qurulmasıdır.

Sənaye ilə enerji arasında da birbaşa əlaqə yaradılır. Sənaye Parkının tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası planlaşdırılır. Mövcud generasiya gücünün təqribən 200 meqavat olduğu nəzərə alınarsa, bu layihənin Naxçıvan üçün nə qədər mühüm olduğu aydın görünür. Yeni stansiyanın məqsədi yalnız daxili tələbatı təmin etmək deyil, gələcəkdə ixrac imkanlarının yaradılmasıdır. Beləliklə, enerji istehsalı sənaye və iqtisadi inkişafın lokomotivinə çevrilir.

Naxçıvanın üstünlüklərindən biri də günəş enerjisi potensialıdır. Prezidentin müsahibəsində Naxçıvanın Azərbaycan ərazisində günəş enerjisi istehsalı üçün ən əlverişli məkanlardan biri olduğu vurğulanır. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması nəzərdə tutulur. Bundan başqa, 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə bağlı işlər həyata keçirilir. Bu layihələr Naxçıvanın enerji siyasətində yeni mərhələyə keçidi göstərir: əvvəl enerji çatışmazlığı riskindən sığortalanma, sonra isə enerji istehsalının ixracyönümlü iqtisadi sahəyə çevrilməsi.

Bərpaolunan enerji istiqamətində su elektrik stansiyalarının da xüsusi yeri var. Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücə malik su elektrik stansiyasının layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, Naxçıvanın enerji balansının daha da şaxələndirilməsinə imkan verəcək. Eyni zamanda, batareya saxlanc qurğularının yaradılması barədə qərar bərpaolunan enerjinin sistemə inteqrasiyasını gücləndirəcək. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır.

Bütün bunlar Naxçıvanın enerji təhlükəsizliyinin artıq yeni məzmun daşıdığını göstərir. Prezidentin sözlərinə görə, Naxçıvan elektrik enerjisi ilə təminat baxımından artıq tam sığortalı vəziyyətdədir və bundan sonrakı əsas məsələ ixrac imkanlarının artırılmasıdır. Günəş elektrik enerjisinin istehsalının təqribən ən azı 500 meqavat, hətta 1000 meqavat səviyyəsinə çata biləcəyi qeyd olunur. Bu potensialın reallaşdırılması üçün Türkiyə və İran istiqamətlərində mövcud enerji xətlərinin imkanlarının genişləndirilməsi, gələcəkdə isə daha geniş coğrafiyaya çıxış imkanlarının formalaşdırılması gündəmdədir.

Nəqliyyat məsələsi Naxçıvanın gələcəyini müəyyənləşdirən ikinci böyük strateji xəttdir. Müsahibədə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi geniş şəkildə izah olunur. Burada əsas məqsəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı quru bağlantısının yaradılmasıdır. Prezidentin sözlərinə görə, bu məqsəd Azərbaycanın uzunmüddətli arzusu olub və artıq onun reallaşdırılmasına yaxınlaşılıb. 2025-ci il avqustun 8-də Vaşinqton Zirvə Görüşündə TRIPP layihəsinin icrasına başlanılması bu istiqamətdə mühüm mərhələ kimi təqdim edilir.
Azərbaycanın öz ərazisində bu layihəni sürətləndirmək üçün gördüyü işlər də diqqətəlayiqdir. Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin sürətlə davam etdiyi bildirilir. Eyni zamanda, Naxçıvan dəmir yolunun bərpası istiqamətində konkret layihələr həyata keçirilir. Ordubad və Sədərək istiqamətlərində mövcud olmayan hissələrin yenidən tikilməsi nəzərdə tutulur. Əsas məqsəd isə təkcə mövcud dəmir yolunu bərpa etmək deyil, onun yükdaşıma imkanlarını əhəmiyyətli dərəcədə artırmaqdır. Mövcud 1,5 milyon ton yükaşırma qabiliyyətinin gələcəkdə 15 milyon tona qədər yüksəldilməsi qarşıya qoyulan hədəflərdəndir.

Bu, Naxçıvanı regional nəqliyyat mərkəzi kimi düşünməyə imkan verir. Çünki söhbət yalnız Azərbaycan-Naxçıvan bağlantısından getmir. Naxçıvan vasitəsilə Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu formalaşa, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinə yeni bağlantı yarana bilər. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycandan İrana ikinci dəmir yolu xəttinin yaradılacağı vurğulanır. Buradan Fars körfəzi istiqamətinə, daha sonra digər Asiya bazarlarına çıxış imkanlarının yaranması Naxçıvanın coğrafi mövqeyinə yeni iqtisadi məzmun qazandırır.

Naxçıvanın gələcək inkişafında enerji və nəqliyyat dəhlizlərinin bir-biri ilə əlaqələndirilməsi isə daha geniş strateji mənzərə yaradır. Prezidentin fikirlərinə əsasən, Zəngəzur dəhlizi yalnız avtomobil və dəmir yolundan ibarət olmayacaq. Buradan fiber-optik kabellərin, elektrik xətlərinin, gələcəkdə isə ehtiyac yaranarsa, neft-qaz kəmərlərinin keçməsi mümkündür. Beləliklə, nəqliyyat dəhlizi özündə rəqəmsal, enerji və logistika infrastrukturlarını birləşdirən çoxfunksiyalı regional bağlantıya çevrilə bilər.

Naxçıvanın iqtisadi inkişafının digər vacib sahəsi kənd təsərrüfatıdır. Bu sahənin gələcək inkişafı üçün Dövlət Proqramında Naxçıvanın xüsusi yer alması, suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Məqsəd suvarılmayan torpaqların istifadəyə verilməsi və kənd təsərrüfatının istehsal imkanlarının artırılmasıdır.

Turizm də Naxçıvanın gələcək iqtisadi modelində mühüm yer tutur. Tarixi abidələr, təbiət, təmiz hava və mənzərəli məkanlar bu sahənin inkişafı üçün böyük potensial yaradır. Əsas problemlərdən biri kimi mehmanxana infrastrukturunun yetərli olmaması göstərilir. Bu baxımdan yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması mühüm addımdır. Turizm infrastrukturunun genişləndirilməsi Naxçıvanın beynəlxalq səviyyədə tanıdılması, xidmət sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir.

Mədəni irsin qorunması isə bu inkişaf modelinin mənəvi dayağıdır. Naxçıvan qədim dövlətçilik və memarlıq ənənələri ilə seçilən bir diyardır. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin irsinin yaşadılması, digər tarixi-mədəni obyektlərin konservasiyası və bərpası bu sahədə həyata keçirilən işlərin əsas istiqamətləridir. Prezidentin müsahibəsində xüsusi olaraq vurğulanır ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi və digər maddi məsələlər mühüm olsa da, bütün bu işlərin təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix dayanır.

Naxçıvanın gələcəyinə dair yanaşmada sosial inkişaf da ön plandadır. DOST Mərkəzinin açılması, ASAN xidmət modelinin fəaliyyəti, uşaq bağçalarının tikintisi və təmiri, şəhər nəqliyyatının yenilənməsi, rayonlararası nəqliyyat imkanlarının yaxşılaşdırılması insan amilinin inkişaf strategiyasının mərkəzində dayandığını göstərir. Naxçıvan şəhərində yeni elektrik avtobuslarının istifadəyə verilməsi və 217 müasir rayonlararası avtobusun alınmasının nəzərdə tutulması gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş praktik addımlardır.

Yolların inkişafı da eyni məqsədə xidmət edir. Müxtəlif kateqoriyalı 420 kilometr yolun tikintisi və əsaslı təmiri planlaşdırılır. Bu tədbirlərin 26 yaşayış məntəqəsində təxminən 160 min insanın həyatına təsir göstərəcəyi qeyd edilir. Bu fakt göstərir ki, inkişaf yalnız Naxçıvan şəhərinin deyil, rayon və kəndlərin də sosial-iqtisadi imkanlarının genişləndirilməsinə yönəldilir.

Naxçıvan şəhərinin Baş planının hazırlanması isə şəhərsalma siyasətinin yeni mərhələsinə işarədir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən planlaşdırma prinsiplərinin Naxçıvanda da tətbiqi burada müasir şəhər infrastrukturunun yaradılmasına, əhalinin rahatlığına, nəqliyyat və sosial obyektlərin səmərəli yerləşdirilməsinə imkan verə bilər. Prezidentin yanaşmasına görə, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid inkişaf konsepsiyası çərçivəsində düşünülməlidir.

Bu yanaşmanın institusional tərəfi də var. Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusunun qorunması şərtilə idarəetmə qaydalarının təkmilləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda da tətbiqi nəzərdə tutulur. Prezidentin sözlərinə görə, burada məqsəd struktur islahatları və kadr islahatları vasitəsilə bölgənin daimi inkişafını, təhlükəsizliyini və insanların firavanlığını təmin etməkdir.

Beləliklə, Naxçıvanla bağlı yeni inkişaf modeli bir neçə istiqamətin sadə cəmi deyil. Bu modeldə təhlükəsizlik enerji təhlükəsizliyi ilə, enerji sənaye ilə, sənaye nəqliyyatla, nəqliyyat ixrac imkanları ilə, turizm mədəni irslə, kənd təsərrüfatı su layihələri ilə, şəhərsalma isə yeni idarəetmə sistemi ilə tamamlanır. Başqa sözlə, söhbət iqtisadiyyatın ayrı-ayrı sahələrinin deyil, bütöv bir regional inkişaf ekosisteminin formalaşdırılmasından gedir.

Naxçıvanın gələcək obrazı artıq yalnız strateji əhəmiyyətli sərhəd bölgəsi anlayışı ilə məhdudlaşmır. O, enerji istehsal edən və ixrac edən, sənaye parkları ilə yeni iş yerləri yaradan, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunan, kənd təsərrüfatı potensialını genişləndirən, turizm infrastrukturunu inkişaf etdirən, zəngin mədəni irsini qoruyan və müasir şəhərsalma prinsipləri ilə yenilənən bir region kimi təqdim olunur. Bu mənada 11 avqust 2026-cı il müsahibəsi Naxçıvanın yalnız bugünkü vəziyyətinə deyil, sabahına dair siyasi və strateji baxışın ifadəsidir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 141   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngəzur dəhlizi Naxçıvanla əlaqələrimizin genişlənməsində mühüm rol oynayacaq

Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Naxçıvana səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən "Şəms 1" və "Qərbi Üfüq"

13 avqust
.

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq. -a bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 14-də saat 10:00-dan etibarən rayonun Xırmandalı, Bəydili, Muğan, Yuxar

13 avqust
.

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - Video

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. " xəbər verir ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspre

13 avqust
.

Bakının mərkəzində mənzildə YANĞIN OLUB

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə -a nazirlikdən bildirilib. *12:57. FHN-in 112 "qaynar xətti"nə Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq nazirlikdə

13 avqust
.

Avtomobilini qarajda park edənlərə XƏBƏRDARLIQ - Ciddi TƏHLÜKƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) qarajlarda avtomobillərin park edilməsi ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə yanacaq sistemində sızma və elektrik nasazlığı olan avtomobillərin qapalı məkanlarda saxlanılmas

13 avqust
.

"Telefon həyatınızın bir hissəsi olsun, həyatınızın özü yox "-PSİXOLOQDAN CƏMİYYƏTƏ MÜHÜM ÇAĞIRIŞ

Smartfonlar həyatımızı asanlaşdırsa da, onlardan həddindən artıq istifadə gündəlik həyatımıza ciddi təsir göstərə bilər. İnsanlar bəzən telefonda keçirdikləri vaxtın fərqinə varmadan ailə, dostlar və real həyatdakı ünsiyyətdən uzaqlaşırlar. Bəs telefon həyatımızı idarə edir yoxsa, biz telefondan istifad

13 avqust
.

İnsanlar niyə getdikcə daha az ünsiyyət qurur? - Səmərəli ünsiyyəti əngəlləyən faktorlar hansılardır və onları necə aşmaq olar? - MÜSAHİBƏ

Ünsiyyət həyatımızın ən mühüm tərəfidir.Ünsiyyət mədəniyyəti ilk növbədə insanın ana dilinə olan sevgisi və hörmətindən yola çıxaraq formalaşır. Bəs psixologiya ünsiyyət bacarıqları haqda nələri deyir?. Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov -a mövzu ilə bağl

13 avqust
.

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşə

13 avqust
.

Naxçıvanda enerji istehsalının imkanları genişlənir

Azərbaycan regionda karbohidrogenlər baxımından aparıcı rola malikdir. Eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında da fəal oyunçulardandır. Ona görə Naxçıvanda günəş və külək elektrik stansiyalarının fəaliyyəti, bu istiqamətdə görülən işlər və Azərbaycanda bərpa olunan enerjini

13 avqust