Xaricdən gətirilən dondurulmuş ətlər nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Xaricdən gətirilən dondurulmuş ətlər nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon dövrlərdə Azərbaycan bazarında xaricdən gətirilən dondurulmuş ət və quş əti məhsullarının çeşidi də artır. Müxtəlif ölkələrdən, o cümlədən Hindistandan ət məhsullarının idxalı fonunda istehlakçıların əsas suallarından biri belə məhsulların təhlükəsizliyi və keyfiyyətinə nə dərəcədə nəzarət olunmasıdır. Xüsusilə dondurulmuş ördək və toyuq ətində məhsulun mənşəyi, istehsal və kəsim şəraiti, baytarlıq sənədləri, daşınma və temperatur rejimi, eləcə də mümkün mikrobioloji və digər təhlükəsizlik göstəriciləri mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda idxal olunan quş əti üçün baytarlıq-sanitariya tələblərinin müəyyənləşdirilməsi və heyvan mənşəli məhsulların dövlət nəzarətindən keçirilməsi nəzərdə tutulur. Bəs bu nəzarət praktikada hansı mərhələlərdə aparılır, Hindistandan və digər ölkələrdən gətirilən dondurulmuş ət məhsullarının hər partiyası necə yoxlanılır və istehlakçı hansı təminatla bu məhsulların təhlükəsiz olduğuna əmin ola bilər?
Xaricdən gətirilən dondurulmuş ətlər nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, qeyd edə bilərəm ki, dondurulmuş ət və quşçuluq məhsulları düzgün soyuq zəncir şəraitində emal edilib saxlanıldıqda təhlükəsizdir. Onun sözlərinə görə, qida dəyərini böyük ölçüdə qoruyur: "Amma yenidən dondurulma riskləri, keyfiyyətsiz idxal məhsulları və struktur dəyişiklikləri ciddi sağlamlıq təhdidləri yarada bilər. Buna görə də həm beynəlxalq standartlar, həm də yerli nəzarət mexanizmləri böyük əhəmiyyət daşıyır. Qida təhlükəsizliyi baxımından ət və quşçuluq məhsulları yüksək risk qrupuna daxilir. Potensial patogenlərin inkişafı üçün çox əlverişli mühitə malikdirlər.

Dondurulma prosesi bakteriyaları öldürmür. Sadəcə onların çoxalmasını dayandırır. Əgər dondurma və ya əritmə prosesi qaydalara uyğun aparılmasa, bəzi risklər qaçılmazdır. Sürətli dondurulmayan ətlərdə böyük buz kristalları əmələ gəlir. Bu kristallar ət hüceyrələrinin divarlarını yırtır. Ət əridikdən sonra həmin o qiymətli ət şirəsi kənara axır. Nəticədə məhsul quru, sərt və dadsız olur. Həmçinin bioloji dəyəri də azalır. Ət məhsulları əridilərkən temperatur 5 ilə 60 dərəcə arasında uzun müddət qalarsa, hüceyrə divarları yırtıldığı üçün bayıra axan zülallı şirə bakteriyaların sürətlə çoxalması üçün ideal qida mühitinə çevrilir.

İdxal olunan ətlərin keyfiyyətinə nəzarət yalnız sərhəddə götürülən nümunələrlə bitmir. Heyvanın mənşəyi, yetişdirilmə şəraiti, kəsim müəssisəsinin baytarlıq sertifikatları və daşınma zamanı soyuq zəncirin qırılmaması izlənilməlidir. Ölkəmizdə də idxal olunan qida məhsulları və ətlər aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq normativ aktlarına, laboratoriya analizlərinə və beynəlxalq standartlara uyğun olaraq ciddi nəzarətdən keçirilir. Amma təchizat zəncirinin hər hansı bir halqasında məhsul keyfiyyətini itirə bilər.

Bir istehlakçı olaraq paketlənməş dondurulmuş ət aldığımız zaman paketdə buz kristalları çoxdursa, məhsulun əvvəllər əriyib yenidən dondurulduğunun ən əsas göstəricisidir. Belə məhsulları almamalıyıq. Həmçinin etiketdəki son istifadə tarixinə və mənşə ölkəsinə diqqət etməliyik. Dondurulmuş ət məhsulunu heç vaxt otaq temperaturunda, isti suyun altına qoyaraq əritməməliyik. Əti dondurucudan çıxarıb soyuducunun aşağı gözündə 0-4 dərəcədə əridə bilərik. Əriyən əti qəti şəkildə yenidən dondurmaq olmaz.

Xüsusilə ev şəraitində quşçuluq məhsullarının emalı zamanı çarpaz çirklənməyə qarşı çox diqqətli olmalıyıq. Çiy toyuq doğradığımız taxta, bıçaqlar dərhal isti su, ya da dezenfektanla yuyulmalıdır. Digər yeməklərlə təmasına imkan verməməliyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 987   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr