Kartdan-karta köçürmələrə nəzarət artır: Banklar pulun göndərilmə səbəbini niyə soruşur? - İQTİSADÇIDAN AÇIQLAMA

Kartdan-karta köçürmələrə nəzarət artır: Banklar pulun göndərilmə səbəbini niyə soruşur? - İQTİSADÇIDAN AÇIQLAMASon günlər bank kartlarından həyata keçirilən pul köçürmələri ilə bağlı yeni yanaşma müzakirələrə səbəb olub. Kartdan-karta köçürmələrə say və məbləğ üzrə məhdudiyyətlərin tətbiqindən sonra bəzi bankların əməliyyat zamanı müştəridən pulun hansı məqsədlə göndərildiyini soruşması da diqqət çəkir. Bu praktikanın əsas səbəblərindən biri maliyyə əməliyyatlarının daha yaxından izlənilməsi, şübhəli pul dövriyyəsinin və bank xidmətlərindən kommersiya məqsədilə sui-istifadənin qarşısının alınmasıdır.

Azərbaycanda C2C əməliyyatları ilə bağlı əvvəlki məhdudiyyətlər də məhz vergidən yayınma və dələduzluq riskləri ilə əlaqələndirilib. Hazırda əsas sual isə budur: Banklar niyə köçürmənin səbəbini soruşmağa başlayıb və bu, adi vətəndaşların gündəlik pul köçürmələrinə necə təsir edəcək?
Kartdan-karta köçürmələrə nəzarət artır: Banklar pulun göndərilmə səbəbini niyə soruşur? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, bankların kartdan-karta köçürmə zamanı əməliyyatın səbəbini soruşmasının əsas səbəbi, böyük ehtimalla, bankların maliyyə əməliyyatlarına nəzarət və risklərin idarə olunması mexanizmlərini sərtləşdirməsidir. Onun sözlərinə görə, burada söhbət yalnız gün ərzində 5 köçürmə limitindən getmir: "Banklar vəsaitlərin hansı məqsədlə göndərildiyini daha aydın müəyyənləşdirməyə çalışırlar. Əsas məqsədlərdən biri şübhəli əməliyyatların, xüsusilə də qanunsuz gəlirlərin leqallaşdırılması, qeyri-qanuni maliyyə dövriyyəsi, saxta əməliyyatlar və digər risklərin qarşısının alınmasıdır. Bank üçün müştərinin mütəmadi olaraq müxtəlif şəxslərdən pul alması və ya çoxsaylı şəxslərə vəsait göndərməsi həmin əməliyyatların xarakterinin araşdırılmasını zəruri edə bilər.

Digər tərəfdən, banklar kartlardan biznes fəaliyyəti üçün istifadə olunmasına da nəzarət etmək istəyirlər. Məsələn, bir şəxsin kartına gün ərzində çoxsaylı müştərilərdən ödənişlərin daxil olması faktiki olaraq sahibkarlıq fəaliyyətinə bənzəyə bilər. Bank bu zaman həmin vəsaitlərin şəxsi köçürmə, borc qaytarılması, ailə üzvünə yardım və ya mal və xidmət ödənişi olduğunu müəyyənləşdirməyə çalışır.

Mən hesab edirəm ki, burada vətəndaş üçün əsas problem şəffaflığın kifayət qədər olmamasıdır. Əgər bank sadəcə "köçürmənin səbəbini yazın" deyirsə, bu, normal nəzarət proseduru ola bilər. Amma hər adi ailədaxili və ya şəxsi köçürməyə əlavə suallar verilməsi və əməliyyatların əsassız şəkildə gecikdirilməsi vətəndaş üçün əlavə narahatlıq yarada bilər.

Bu səbəbdən banklar tətbiq etdikləri yeni nəzarət mexanizmlərinin hansı hallarda işə düşdüyünü və müştəridən hansı məlumatların tələb olunduğunu aydın izah etməlidirlər. Vətəndaş da köçürmənin real məqsədini qısa və düzgün göstərməlidir. Məsələn, "ailə üzvünə pul göndərilməsi", "borcun qaytarılması", "şəxsi vəsaitin köçürülməsi" kimi faktiki məqsədə uyğun açıqlama kifayətdir.

Ümumilikdə isə bu yanaşmanı kartdan-karta köçürmələrə qoyulan limitdən ayrıca deyil, bank sektorunda maliyyə əməliyyatlarının daha ciddi izlənilməsi istiqamətində gedən prosesin bir hissəsi kimi qiymətləndirmək olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2826   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr