Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı - VİDEO
Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub.
Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur.
Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:
"Heç bir məlumat lövhəsi yoxdur. Kim haranı istəyir, zəbt edir, rüşvət verib tikinti aparır. Səkilər, yol kənarları, parklar hamısı belə tikintilərə qurban verilib".
Sakinlərin sözlərinə görə, yol kənarını zəbt edən bu tikintiyə görə Binəqədi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət də ediblər. Lakin sakinlərin müraciətinə baxılmayıb.
Qanunsuz olduğu iddia edilən işlər isə hələ də davam etdirilir.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.
Sorğumuza cavab veriləcəyi təqdirdə oxuculara təqdim edəcəyik.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1290 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabr