Ev şəraitində belə saxlamaq lazımdır: Əks halda ÖLÜMƏ səbəb ola bilər

Ev şəraitində belə saxlamaq lazımdır: Əks halda ÖLÜMƏ səbəb ola bilərYay aylarında yüksək temperatur, birbaşa günəş şüaları və rütubət dərmanların saxlanma şəraitinə xüsusi diqqət yetirilməsini zəruri edir. Dərman vasitələrinin əksəriyyətinin saxlanma temperaturu 15-25°C, bəzi preparatlarda isə 15-30°C aralığında müəyyən edilir və konkret tələblər məhsulun qablaşdırılmasında göstərilir.

Bəs, yüksək temperatur, günəş və rütubət dərmanların tərkibinə və təsirinə necə təsir edir, xüsusilə yay aylarında preparatlar evdə hansı şəraitdə saxlanılmalıdır və dərmanın rəngində, formasında, qoxusunda və ya qablaşdırılmasında hansı dəyişikliklər müşahidə edildikdə ondan istifadə etmək olmaz?
Ev şəraitində belə saxlamaq lazımdır: Əks halda ÖLÜMƏ səbəb ola bilərMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, dərmana baxmaqla onun keyfiyyətli və ya keyfiyyətsiz olması barədə fikir söyləmək mümkün deyil:

"Dərmanın özünün yoxlanılması analitik məsələdir və bunun üçün xüsusi analizlər aparılmalıdır. Adi vətəndaş bunu yoxlaya bilməz. Amma dərmanın saxlanma şəraiti və istifadə qaydaları ilə bağlı məlumatlar onun içərisində olan annotasiyada qeyd edilir. Orada dərmanın nə qədər müddət istifadə oluna biləcəyi, hansı xəstəliklərdə istifadə edilməsinin mümkün olduğu, hansı hallarda istifadə edilməməli olduğu, əlavə təsirləri, buraxılış tarixi və son istifadə müddəti barədə məlumatlar yazılır".

Farmakoloq bildirib ki, dərmanların saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir:

"Onları günəş altında, yüksək temperaturda, rütubətli və uyğun olmayan digər şəraitdə saxlamaq olmaz. Hər bir dərmanın hansı şəraitdə saxlanmalı olduğu annotasiyada göstərilir və buna riayət edilməlidir. Apteklərdə də dərmanlar müvafiq şəraitdə, günəş şüalarından və digər təsirlərdən qorunaraq saxlanılır. Əsas məsələlərdən biri də dərmanların diaqnoza uyğun istifadə edilməsidir. Qətiyyən "qonşum dedi", "YouTube-da gördüm" və ya "TikTok-da dedilər" kimi məsləhətlərə əsaslanaraq, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz".

Onun sözlərinə görə, dərmanlar kimyəvi maddələrdir və rütubət, günəş şüaları, yüksək temperatur və digər amillər onlara təsir göstərə bilər:

"Buna görə də apteklərdə dərmanlar müvafiq şəraitdə saxlanmalıdır. Vətəndaşın dərmanla bağlı məlumat almaq hüququ da var. O, dərmanın hansı firma tərəfindən istehsal edildiyini, nə vaxt gətirildiyini və digər məlumatları soruşa bilər. Düzdür, bu məlumatların bir qismi dərmanın üzərində qeyd olunur, amma vətəndaşın əlavə məlumat tələb etmək hüququ da var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1065   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr