Xəzər dənizi ilə bağlı TƏHLÜKƏ ARTIR - Ekoloqdan XƏBƏRDARLIQ

Xəzər dənizi ilə bağlı TƏHLÜKƏ ARTIR - Ekoloqdan XƏBƏRDARLIQXəzər dənizində su səviyyəsinin son illərdə azalması ekoloji və sosial-iqtisadi baxımdan ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Araşdırmalar göstərir ki, prosesə iqlim dəyişikliyi, temperaturun yüksəlməsi və buxarlanmanın artması, çaylardan dənizə daxil olan suyun azalması, eləcə də hövzədə su ehtiyatlarından istifadə kimi bir sıra amillər təsir edir.

Bəs, Xəzərdə su səviyyəsinin azalması davam edərsə, bu proses Azərbaycanın sahilyanı ərazilərinə, dəniz ekosisteminə, balıqçılığa və turizm sektoruna hansı uzunmüddətli təsirləri göstərə bilər və mümkün fəsadların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Xəzər dənizinin səviyyəsinin düşməsi bir çox amillərlə bağlıdır.

"Bu istiqamətdə Qazaxıstanda, Rusiyada, Azərbaycanda və İranda geniş elmi tədqiqat işləri aparılır. Demək olar ki, bütün bu ölkələrdə məsələ ilə bağlı ciddi narahatlıq var. Xüsusilə Qazaxıstan sahillərində bəzi yerlərdə dənizin 300-400 metrə qədər geri çəkilməsi müşahidə olunur. Qazaxıstan və Rusiya sahilləri Azərbaycan, Türkmənistan və İran sahilləri ilə müqayisədə daha dayaz olduğuna görə həmin ərazilərdə dənizin geri çəkilməsi daha çox torpaq sahələrinin üzə çıxması ilə müşahidə olunur. Ümumiyyətlə, Xəzər dənizində səviyyə tərəddüdləri həmişə olub. 1850-ci illərdən etibarən Xəzər dənizinin müxtəlif sahillərində müşahidə məntəqələri yaradılıb və dəniz səviyyəsi daimi olaraq ölçülüb. Bu müddət ərzində həm səviyyənin düşməsi, həm də qalxması halları müşahidə olunub".

Ekoloq bildirib ki, XX əsrin əvvəllərində də müəyyən səviyyə azalması qeydə alınmışdı:

"Daha sonra, 1977-ci ildən etibarən səviyyənin düşməsi sürətləndi və dəniz səviyyəsinin -29 metrə qədər enməsi müşahidə olundu. İndiki göstərici isə təxminən -29,5 metrdir. Xəzər dənizi ümumi dəniz səviyyəsinə nisbətən təxminən 28-29 metr aşağıda yerləşir. Normal halda isə uzun illər ərzində səviyyə -26 metr ətrafında olub. Hazırda səviyyənin düşməsi sürətlə davam edir. Xəzər dənizini su ilə təmin edən əsas mənbələr yağıntılar və çay axınlarıdır. Təxminən 25 faizə qədəri yağıntılar və səthi axınlar, 75 faizi isə çaylar hesabına formalaşır. Çay axınlarının böyük hissəsi isə Volqa çayının payına düşür. Volqa Xəzər dənizinə axan ən iri çaylardan biridir. Məsələn, Kür çayında su axını saniyədə 400-420 kubmetr olduğu halda, Volqa çayında bu göstərici təxminən 8000 kubmetrdir".

Onun sözlərinə görə, çayların, xüsusilə də Volqa çayının suyunun azalması Xəzərin səviyyəsinin düşməsində əsas səbəblərdən biri kimi göstərilir:

"Bununla yanaşı, buxarlanma da artıb. İqlimdə baş verən kəskin dəyişikliklər nəticəsində Xəzər üzərində orta temperatur təxminən 1,5 dərəcəyə qədər yüksəlib. Bu da buxarlanmanın artmasına səbəb olub və nəticədə səviyyənin azalmasına təsir göstərir. Volqa çayında həm antropogen, yəni insan amili ilə bağlı təsirlər var. Çay boyunca çoxlu su anbarları tikilib, təsərrüfat fəaliyyəti genişlənib və su ehtiyatlarından istifadə artırılıb. Eyni zamanda, iqlim dəyişmələri ilə əlaqədar Volqanın su ehtiyatlarında təbii azalma da müşahidə olunur. Kür, Ural və Terek çaylarında da suyun səviyyəsi xeyli azalıb. Burada da həm insan amili, həm də iqlim dəyişmələrinin təsiri var. Həmin çayların sularından təsərrüfat məqsədləri üçün istifadə olunur və iqlim dəyişmələri nəticəsində su ehtiyatlarında azalma baş verir".

Sadiq Həsənov düşünür ki, Xəzər dənizinin səviyyəsinin azalması bioresurslara o qədər ciddi təsir göstərməsə də, ümumilikdə iqtisadi baxımdan ciddi zərər yaradan amildir:

"Məsələn, Azərbaycan xüsusi estakadaları genişləndirməli və daha dərinə aparmalı, dənizdə neft-qaz hasilatı həyata keçirilən platformalarda səviyyəyə uyğunlaşdırma işləri aparmalıdır. Bütün bunlar əlavə iqtisadi xərclər yaradır. Eyni zamanda, dəniz çəkildikcə illərdir dənizə axıdılan çirkab sularının müəyyən hissəsinin üzə çıxması baş verir. Bu isə ətraf ərazilərdə pis qoxunun yaranmasına səbəb ola bilər. Xüsusilə Bakı bulvarı, Hövsan və Sahil qəsəbəsi ətrafında bu kimi hallar müşahidə oluna bilər. Bütün bunlar Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı yaranan mənfi tendensiyalardır".

Röyalə Xəyal
Xəzər dənizi ilə bağlı TƏHLÜKƏ ARTIR - Ekoloqdan XƏBƏRDARLIQ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1104   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr