İmplant diş nədir və kimlər üçün uyğundur? - Gözəl gülüş neçəyə başa gəlir?

İmplant diş nədir və kimlər üçün uyğundur? - Gözəl gülüş neçəyə başa gəlir?Aparılmış araşdırmalara görə istənilən, hətta qeyri-səmimi mimika belə, stressin öhdəsindən gəlməkdə sizə kömək edə bilər. Elə buna görə də, mümkün qədər tez-tez, hətta sevindirici bir şey olmasa belə,gülümsəyin. Üzünüzdə təbəssüm yaratmağa cəhd edin. Bu sizə xoşbəxtlik bəxş edəcəkdir. Gözəl təbəssümün əsas dayaqlarından biri sağlam dişlərdir. Bəs sağlam təbəssümə sahib ola bilmək üçün dişlərimizi necə qorumalıyıq?.
Təbəssüm naminə implant: zərurət, yoxsa dəb?

İmplant diş nədir və kimlər üçün uyğundur? İmplantın uğursuz olmasına nə səbəb ola bilər? Gözəl gülüş neçəyə başa gəlir? Mütəxəssis araşdırması etmişik.

Sonxeber.az-a danışan tibb üzrə fəlsəfə doktoru, ağız və üz-çənə cərrahı Hüseyn Hüseynzadə mövzu ilə bağlı bütün suallarımızı cavablandırıb.

Hüseyn Hüseynzadə bildirib ki, müasir stomatologiyanın ən doğru seçimlərində bəyənilən biri də məhz dental implantasiyadır:

"Belə ki, itirilmiş dişləri bərpa etmək üçün sağlam dişlərə toxunmadan biz boşluqlara dental implant yerləşdiririk və bu da həm estetik, həm funksional tərəfdən bizə yeni gülüşə sahib olmağa zəmin yaradır. Dental implantlar artıq dünya stomatologiyasında 50 ildən çoxdur aktiv istifadə olunur, dünyada 200-dən çox implant markası var. Azərbaycanda da təqribi 20-yə yaxın implant markası var və çox yüksək ixtisaslı dental implantasiya ilə məşğul olan stomatoloqlar vardır. Dental implantlar özləri titan(II) oksid metalından hazırlanır, orqanizmə ən yaxın və demək olar ki, allergik reaksiyası olmayan bir metaldır. Dental implantları 17 yaşdan yuxarı sağlamlığı icazə verən hər bir şəxsə etmək olar. Mənim 80 yaşında pasiyentim də olub, mən ona dental implant yerləşdirmişəm".
İmplant diş nədir və kimlər üçün uyğundur? - Gözəl gülüş neçəyə başa gəlir?Kimlərə implant olmaz?

Stomatoloq vurğulayıb ki, hamilə qadınlar, süd verən analar, onkoloji xəstəliyi olanlar və implant olacaq nahiyədə hər hansı bir iltihabi proses, kista və digər xoşxassəli və yaxud da bədxassəli şiş olan insanlardan başqa hər kəsə dental implant icra etmək olar:

"Dental implantların uğursuzluğu səhv aparılmış diaqnostika, düzgün ölçmələr olmadıqda, və yaxud da əməliyyat zamanı baş verə biləcək ağırlaşmalardan yarana bilər. Amma statistikaya görə əməliyyat zamanı uğursuz əməliyyatın nəticəsi çox aşağıdır.İmplantın itirilmə müddəti üzərinə qapaq düzəldəndən sonra olur, o da texniki problemlərdən yarana bilər. Və yaxud da pasiyentlər ən çox vaxtlı-vaxtında müayinəyə getmirlər, hər 6 aydan bir diş daşlarını təmizləmirlər. İmplant olunandan sonra xüsusi diş duşları deyilən irriqatorlardan istifadə etmirlər, D vitamini səviyyəsini kontrolda saxlamırlar. Bu da implantın düşməsinə səbəb ola bilər".

İmplant neçəyə başa gəlir?

Cərrah qiymətlərdən danışdı:

"Dental implantlar ölkəmizdə 450 manatdan 2500 manata qədər dəyişir. Bu əsasən implant markasına görə, istehsalçı ölkəyə görə dəyişir və təbii ki, klinika avadanlıqlarının qiyməti, müasir avadanlıqlar və rəqəmsal texnologiyadan istifadə və sair bunlar qiyməti artırır . Əfsuslar olsun ki, ölkəmizdə diplomsuz stomatoloq kimi çalışan insanlar çoxdur və bu da bazarda çox böyük fərq yaradır, qiymət baxımından fərq yaratdığı üçün insanların beynində sual yaranır".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 695   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr